Vüsal Seyidov milli komandada! 🥋 🇦🇿

Vüsal Seyidov milli komandada! 🥋 Naxçıvan Karate-do Federasiyasının idmançısı Vüsal Seyidov 21 yaşadək karateçilərdən ibarət Azərbaycan milli komandasının heyətinə cəlb olunub. İstedadlı idmançımız bu nailiyyətə yeniyetmə və gənclər arasında keçirilən 22-ci respublika birinciliyindəki uğurlu çıxışı sayəsində nail olub. Belə ki, həmin yarışda 16-17 yaş kateqoriyası üzrə -61 kq çəki dərəcəsində mübarizə aparan Vüsal “kumite” növündə bürünc medala layiq görülüb. Qeyd edək ki, 17 yaşlı idmançımız 19-yaşadək karateçilərin avropa çempionu, ölkə və beynəlxalq səviyyəli yarışların qalib və mükafatçısıdır. Ali Məclis Sədrinin 2020-ci il 9 iyul tarixli Sərəncamı ilə adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılıb və Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti