Karate üzrə Naxçıvan şəhər açıq birinciliyində 150-ə yaxın idmançı iştirak edib

Karate üzrə Naxçıvan şəhər açıq birinciliyində 150-ə yaxın idmançı iştirak edib Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyi və 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə keçirilən yarış İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşıb. Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Naxçıvan Karate-do Federasiyasının tərəfindən birgə təşkil olunan yarış muxtar respublikada karatenin inkişafı və təbliği, bu sahədə kütləviliyin təmin olunması, eləcə də federasiya tərkibində fəaliyyət göstərən klublarının işinin təkmilləşdirilməsi məqsədi daşıyıb. Olimpiya sisteminə əsasən qalibin müəyyənləşdiyi birincilikdə uşaq, yeniyetmə və gənclər (oğlan və qızlar) olmaqla ümumilikdə 10 yaş qrupu üzrə 20 çəki dərəcəsində görüşlər keçirilib. Yarışı ilk üç sırada tamamlayan idmançılara diplom və medallar təqdim olunub. Qeyd edək ki, Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyi və 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı təsdiq olunan tədbirlər planına əsasən Naxçıvanda həftə sonunadək bir sıra idman yarışları keçiriləcək. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti