Məşqçilərimiz fəxri adlara layiq görülüblər

Məşqçilərimiz fəxri adlara layiq görülüblər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiya Qərarı ilə ölkədə bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə və müvafiq idman növlərində tələb normalarını yerinə yetirdiklərinə görə fəxri adlara layiq görülmüş bir sıra idmançılara və idman mütəxəssislərinə həmin fəxri adları təsdiqləyən vəsiqə və döş nişanları təqdim edilib. Təltif olunanlar arasında muxtar respublikamızda fəaliyyət göstərən məşqçi-müəllimlər də olub. Belə ki, Quliyev Nəriman Qurban oğlu (Karate-do Federasiyasının sədr müavini, məşqçi-müəllim), Məmmədov Seymur Səfər oğlu (Uşaq-gənclər idman məktəbinin və Güləş Federasiyasının məşqçi-müəllimi) və Novruzova Elmira Əli qızı (Uşaq-gənclər şahmat məktəbinin və Şahmat Federasiyasının məşqçi-müəllimi) “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” adına layiq görülüblər. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti