Karate üzrə Sədərək rayon açıq birinciliyi

"Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!" devizi ilə keçirilən yarış rayon 1 nömrəli tam orta məktəbin idman zalında reallaşıb. Birincilikdə "Sədərək", "Naxçıvan" "Kəngərli" və "Şərur" komandalarından ümümumilikdə 70 idmançı iştirak edib. Qalib və mükafatçılar 5 yaş qrupda 9 çəki dərəcəsi üzrə müəyyənləşib. Nəticələrə əsasən, Saleh Qəmbərov (Naxçıvan), Məhəmməd Quluzadə (Naxçıvan), Elşən Əhmədov (Sədərək), Elgün Dünyamalıyev (Şərur), Qədim Bağırov (Sədərək), Mənsur Huseynov (Naxçıvan), Canər Abbaszadə (Sədərək), Məhəmməd Bagırov (Sədərək), Məhəmməd Abbaslı (Naxçıvan) müvafiq yaş və çəki kateqoriyaları üzrə birinci olublar. Naxçıvan Karate-do Federasiyası ilə Sədərək Rayon Gənclər və İdman İdarəsi tərəfindən birgə təşkil olunan yarışın sonunda ilk üçlükdəki idmançılara diplom və medallar təqdim olunub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti