Naxçıvan karateçisi Nərgiz Həsənli-dən növbəti uğur

Bakı İdman Sarayında keçirilən karate üzrə açıq birincilikdə Naxçıvan karateçisi Nərgiz Həsənli WKF versiyası üzrə mükafatçılar sırasına düşüb. Belə ki, Naxçıvan Karate-do Federasiyasının idmançısı 50 kq çəki dərəcəsində birinci olub. İdmançımızı təbrik edib uğurlar arzulayırıq.