Silahlı Qüvvələr Gününə həsr edilmiş Şərur rayon açıq birinciliyi

Şərur Olimpiya İdman Kompleksində karate-do üzrə Silahlı Qüvvələr Gününə həsr edilmiş Şərur rayon açıq birinciliyi keçirilib. Birincilikdə 5 yaş qrupu üzrə 10 çəki dərəcəsində 100 idmançı öz qüvvəsini sınayıb. Teymurzadə Elşən (Naxçıvan), Qəmbərov Saleh (Naxçıvan), Kazımov Şəmsi (Naxçıvan), Vəliyev Rauf (Naxçıvan), Quluzadə Məhəmməd (Naxçıvan), Orucov Nizami (Naxçıvan), Binyətli Dəniz (Naxçıvan), Həsənli Kənan (Naxçıvan), Mustafayev İlqar (Naxçıvan), Əhmədov Həbib (Şərur) fəxri kürsünün ən yûksək pilləsinə layiq görülüblər. Sonda qaliblərə diplom və hədiyyələr təqdim olunub.