İdmançılarımızdan uğurlu nəticə

İdmançılarımızdan uğurlu nəticə FHN-in Bakı şəhərində yerləşən İdman Sağlamlıq Mərkəzində full kontakt karate növləri üzrə açıq birincilik keçirilib. Milli Olimpiya Komitəsinin yaradılmasının 30-cu ildönümünə həsr olunan yarışa ölkənin müxtəlif şəhər və rayonlarından ümumilikdə 400-dən çox idmançı qatılıb. Naxçıvan Karate-do Federasiyasından 36 idmançısı yarışda öz qüvvəsini sınayıb. Nəticələrə əsasən Məhəmməd Abbaslı (16-17 yaş, 60 kq), Afiq Haqverdiyev (12-13 yaş, 55+ kq), Canər Abbaszadə (12-13 yaş, 50 kq), Nərgiz Həsənli (12-13 yaş, 50 kq), Kənan Qəmbərov (10-11 yaş, 40 kq), Nizami Orucov (10-11 yaş, 30 kq), Nur Əliyeva (10-11 yaş, 35- kq), Əli Əzizov (8-9 yaş, 30+ kq), Fatimə Bağırzadə (8-9 yaş, 25+ kq), Saleh Qəmbərov (6-7 yaş, 25 kq) müvafiq kateqoriyalar üzrə birinci yerə layiq görülüblər. Digər təmsilçilərimizin nəticələri ilə birgə Naxçıvan karateçiləri yarışı 10 qızıl, 9 gümüş və 7 bürünc medalla tamamlayıb.