Karateçilərimiz Bakıdan nailiyyətlə geri dönüb

Bakı İdman Sarayında 6-13 yaş arası uşaqlar arasında Olimpiya ümidləri-2022 beynəlxalq karate turniri keçirilib. Avropa Karate Federasiyasının təqvim planına daxil edilən yarışda Küveyt, Qazaxıstan, Özbəkistan, Litva, Amerika Birləşmiş Ştatları və Azərbaycandan olan idmançılar iştirak edib. Naxçıvan Karate-do Federasiyasının 23 idmançısı turnirdə medallar uğrunda mübarizə aparıb. Təmsilçilərimizdən 15-i adını mükafatçılar sırasına yazdırmağı bacarıb. Əli Bayramov (12-13 yaş, 55+ kq), Ayxan Musayev (10-11 yaş, -30 kq), Sona Bağırova (8-9 yaş, -35 kq), Məhəmməd Quluzadə (8-9 yaş, 35+ kq, 40+ kq), Xədicə Bayramova (6-7 yaş, -25 kq), Yusif Orucov (6-7 yaş, -20 kq), Elşən Teymurzadə (6-7 yaş, -25), Həmidə Əzizova (6-7 yaş, 25+) birinci olublar. Digər idmançılarımız müxtəlif əyarlı medallar qazanıblar. Bununla da Naxçıvan karateçiləri yarışı 9-u qızıl, 4-ü gümüş, 4-ü bürünc olmaqla ümumilikdə 17 medalla tamamlayıb.