2 fevral-Gənclər günü” münasibətilə uşaq, yeniyetmə və gənclər arasında karate-do üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilmişdir.

1 fevral 2022-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində “2 fevral-Gənclər günü” münasibətilə uşaq, yeniyetmə və gənclər arasında karate-do üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilmişdir. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan etmiş və gənclər günü haqqında idmançılara geniş məlumat vermişdir. Daha sonra Naxçıvan MR Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyev tədbirin qaydaları haqqında danışmış və idmançılara qalibiyyət sevinci arzulamışdır. Açıq birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı Şərur, Kəngərli və Sədərək rayonlarının da idmançıları iştirak etmişdir. Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə 100-ə yaxın idmançı iştirak etmişdir. 9 yaş qrupunda 13 çəki dərəcəsi üzrə təşkil edilən görüş beynəlxalq qaydalar əsasında keçirilmişdir. Yekun nəticəyə görə, 6-7 yaş qrupunda Fatimə Bağırzadə (-20 kq, Kəngərli), Əli Əzizov (-25 kq, Naxçıvan), 8-9 yaş qrupunda Ləman Bağırova (-25 kq, Naxçıvan), Məhəmməd Quluzadə (-30 kq, Naxçıvan), Kənan Qənbərov (-42 kq, Naxçıvan), 10-11 yaş qrupunda Nur Əliyeva (-35 kq, Naxçıvan), Həsən Səfərli (-35 kq, Naxçıvan), Rafiq Hüseynli (+35 kq, Naxçıvan), 12-13 yaş qrupunda Nərgiz İsmayılova (+47 kq, Naxçıvan), İlqar Mustafayev (-40 kq, Naxçıvan), Yaqub Qənbərov (-50 kq, Naxçıvan), 14-15 yaş qrupunda isə Qafar Hüseynov (-52 kq, Naxçıvan), Məhəmməd Bağırov (-57 kq, Sədərək) bütün görüşləri qalib kimi başa vururaq I yerlərə layiq görülmüşlər. Sonda hər yaş qrupunda I, II və III yerləri tutan idmançılara təşkilatçıların diplomları təqdim edilmişdir.