2008-ci ildə Naxçıvan MR Karate-do Federasiyası Karate idman növünün muxtar respublikada inkişaf etdirilməsi məqsədi ilə aşağıdakı tədbirləri həyata keçirmişdir.
  1. 25 yanvar 2008-ci il tarixdə karate-do federasiyasının  yığma komandası İİR-in Urmiya şəhərində karate üzrə keçrilən beynəlxalq yoldaşlıq görüşündə iştirak etmişdir. Həmin tədbirdə kişilərdən ibarət komandamız II ci yerə, uşaqlardan ibarət komandamız isə III yerə layiq görülmüşdürlər.
  2. 16 mart 2008-ci il tarixdə karate-do federasiyası Babək rayon Cəhri kəndində Norvuz bayramına həsr olunmuş karate-do üzrə turnir təşkil etmişdir.
  3. 6 may 2008-ci il tarixdə karate-do federasiyası Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş karate-do üzrə respublika birinciliyi keçirmişdir.
  4. 07 iyun 2008-ci il tarixdə Naxçıvan şəhərində Karate-do Federasiyasının texniki seminarı keçrilmişdir.
  5. 10 iyul 2008-ci il tarixdə isə karate-do federasiyası Ordubad rayonunda texniki seminar keçirmişdir.
  6. 28 iyul 2008-ci il tarixdə karate-do federasiyası “Narkomaniyaya yox deyək, həmişə sağlam olaq” devizi altında Şərur rayonunda karate-do üzrə  turnir təşkil etmişdir.
  7. 27 sentyabr 2008-ci il tarixdə karate-do federasiyası, Gənclər və İdman Nazirliyinin  birgə təşkilatçılığı ilə İlham Əliyev adına  Olimpiya İdman Kompleksində “İlhamla irəli” devizi altında karate-do üzrə respublika birinciliyi təşkil etmişdirlər.
  8. 20 noyabr 2008-ci il tarixdə karate-do federasiyası, Gənclər və İdman nazirliyi ilə birgə Naxçıvan şəhərində İİR-in karate komandası ilə Naxçıvan MR Karate-do Federasiyasının komandaları arasında karate-do üzrə beynəlxalq turnir  keçirmişdir.
  9. 05 dekabr 2008-ci il tarixdə karate-do federasiyası və Gənclər və İdman Nazirliyinin Culfa rayonununda təşkil etdiyi Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş karate-do üzrə turnir keçirilmişdir.
  10.  07 dekabr 2008-ci il tarixdə Bakı şəhərində AKFA-nın təşkilatçılığı ilə texniki seminar keçrilmişdir. Karate-do federasiyasının 1 idmançısı həmin seminarda I dan qara kəmərə layiq görülmüşdür.

   

Fevral 2020
B.e Ç.a Ç. C.a. C. Ş. B.
     12
3456789
10111213141516
17181920212223
242526272829