2009-cu ildə Naxçıvan MR Karate-do Federasiyası Karate idman növünün muxtar respublikada inkişaf etdirilməsi məqsədi ilə aşağıdakı tədbirləri həyata keçirmişdir.
  1. 20 fevral 2009-cu il tarixdə karate-do federasiyası “26 fevral Xocalı soyqırımı”na həsr olunmuş karate-do üzrə birincilik təşkil etmişdir.
  2. 05 mart 2009-cu il tarixdə Naxçıvan şəhərində karate-do federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə  “05 mart - Bədən Tərbiyəsi və İdman Günü”  münasibəti ilə  karate-do üzrə turnir keçirilmişdir.
  3. 11 aprel 2009-cu il tarixdə karate-do federasiyası  Ordubad rayon Gənclər və İdman İdarəsi ilə birgə Ordubad rayonunda karate-do  üzrə turnir  təşkil etmişdirlər.
  4. 17 aprel 2009-cu il tarixdə karate-do fedrasiyası Naxçıvan şəhər Gənclər və İdman İdraəsi ilə  birgə Naxçıvan  Muxtar Respublikasının 85 illik yubileyinə həsr edilmiş şəhər birinciliyi  keçirilmişdir.
  5. 26 aprel 2009-cu il tarixdə karate-do federasiyasının idmançıları ŞDSF-nın təşkil etdiyi karate-do üzrə birincilikdə iştirak etmişdirlər.
  6. 20 iyul 2009-cu il tarixdə karate-do federasiyası 100 nəfər karateçinin iştirakı ilə  Culfa rayonunda texniki seminar təşkil etmişdir.
  7. 15 sentyabr 2009-cu il tarixdə  Ordubad rayonunda karate-do federasiyası ilə Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Uşaq İlinə” həsr olunmuş karate-do üzrə turnir keçirilmişdir.
  8. 08 noyabr 2009-cu il tarixdə karate-do federasiyası “Narkomaniyaya yox deyək, həmişə sağlam olaq” devizi altında  Şərur rayonunda karate-do çempionatı təşkil etmişdir.

   

Fevral 2020
B.e Ç.a Ç. C.a. C. Ş. B.
     12
3456789
10111213141516
17181920212223
242526272829