2010-cu ildə Naxçıvan MR Karate-do Federasiyası Karate idman növünün muxtar respublikada inkişaf etdirilməsi məqsədi ilə aşağıdakı tədbirləri həyata keçirmişdir.
  1. 10 yanvar 2010-cu il tarixdə karate-do federasiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi Naxçıvan şəhərində İlham Əliyev adına Olimpiya İdman Kompleksində “20 yanvar şəhidlərinin xatirəsinə” həsr olunmuş karate-do üzrə turnir keçirilmişdir.
  2. 24 yanvar 2010-cu il tarixdə  karate-do federasiyası Şərur rayon Gənclər və İdman idarəsi  ilə birgə Şərur rayonunda “02 fevral gənclər günü”nə həsr olunmuş karate-do üzrə birincilik təşkil etmişdirlər.    
  3. 01 mart 2010-cu il tarixdə karate-do federasiyası Naxçıvan şəhərində “05 mart- Bədən Tərbiyəsi və İdman Günü” münasibəti ilə karate-do üzrə turnir təşkil etmişdir.
  4. 29 aprel 2010-cu il tarixdə karate-do federasiyası Naxçıvan şəhərində Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87–ci ildönümünə həsr olunmuş birincilik keçirmişdir.
  5. 10 iyun 2010-cu il tarixdə  karte-do federasiyası Ordubad rayonunda texniki seminar keçirmişdir.
  6. 17 sentyabr 2010-cu il tarixdə karate-do federasiyası Babək rayonunda yeni bölməsini yaratmışdır.
  7. 27 noyabr 2010-cu il tarixdə karate-do federasiyası Gənclər və İdman Nazirliyi ilə birgə Ordubad rayonunda karate-do üzrə Muxtar Respublika birinciliyi keçirmişdir.
  8. 05 dekabr 2010-cu il tarixdə karate-do federasiyası məşqçi və hakimlərin biliklərini artırmaq məqsədi ilə Naxçıvan şəhərində texniki seminar təşkil etmişdir.

   

Fevral 2020
B.e Ç.a Ç. C.a. C. Ş. B.
     12
3456789
10111213141516
17181920212223
242526272829