2011-ci ildə Naxçıvan MR Karate-do Federasiyası Karate idman növünün muxtar respublikada inkişaf etdirilməsi məqsədi ilə aşağıdakı tədbirləri həyata keçirmişdir.
  1. Karate-do Federasiyası öz işini yaxşılaşdırmaq məqsədi ilə 2011-ci ildə Şərur rayonunda 2 bölmə, Ordubad rayonunda 1 bölmə, Şahbuz rayonunda isə 1 yeni bölmə yaratmışdır.
  2. 01 fevral 2011-ci il  tarixdə Naxçıvan şəhərində karate-do    federasiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “02 fevral Gənclər Günü”nə həsr olunmuş karate-do üzrə  turnir  keçirilmişdir.
  3. 01 mart 2011-ci il  tarixdə Babək rayonunda  “05 mart - Bədən Tərbiyəsi və İdman Günü” münasibəti ilə karate-do federasiyası Babək rayon Gənclər və İdman İdarəsi ilə birlikdə yeniyetmələr arasında karate-do üzrə Muxtar Respublika turniri keçirilmişlər.
  4. 11 may 2011-il tarixdə karate-do federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdikləri Şərur Olimpiya İdman Kompleksində Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88 ci ildönümünə həsr olunmuş karate-do üzrə Muxtar Respublika çempionatı keçirilmişdir.
  5. 26 may 2011-ci il tarixdə Bakı şəhərində 19-cu Azərbaycan çempionatı keçirilmişdir. Həmin tədbirdə federasiyanın 2  idmançısı təmsil olunmuşdur.  
  6. 02-04 sentyabr 2011-ci il  tarixlərdə Bakı şəhərində “Bakı Open” beynəlxalq turnir keçirilmişdir.  Turnirdə  karate-do federasiyasını 5 idmançı təmsil etmişdir.
  7. 10 noyabr 2011-ci il tarıxdə karate-do federasiyasının təşkilatçılığı ilə Naxçıvan şəhərində İİR ilə Naxçıvan komandaları arasında karate-do üzrə beynəlxalq turnir keçirilmişdir.
  8. 09 oktyabr 2011-ci il tarixdə karate-do federasiyası Naxçıvan şəhərində  karate-do üzrə Muxtar Respublika turniri keçirmişdir.
  9. 11 dekabr 2011-ci il tarixdə  karate-do federasiyası və Gənclər və İdman Nazirliyi Şərur Olimpiya İdman Kompleksində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş İçigeki karate idman növü üzrə kişilər arasında Beynəlxalq turnir təşkil etmişdirlər. Turnirdə 8 ölkənin idmançıları iştirak etmişdir. Həmin turnirdə Naxçıvan idmançısı Mubariz Ağamalıyev fəxri kürsünün ən yüksək pilləsinə laiq görülmüşdür.
  10.  21 dekabr 2011-ci il tarixdə Naxçıvan şəhərində  karate-do federasiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 50 illik yubleyinə həsr olunmuş Prezident mükafatı uğrunda Naxçıvan MR çempionatı keçrilmişdir.

   

Fevral 2020
B.e Ç.a Ç. C.a. C. Ş. B.
     12
3456789
10111213141516
17181920212223
242526272829