2012-ci ildə Naxçıvan MR Karate-do Federasiyası Karate idman növünün muxtar respublikada inkişaf etdirilməsi məqsədi ilə aşağıdakı tədbirləri həyata keçirmişdir.
  1. 16-17 yanvar 2012-ci il tarixdə ŞDSF-nın təşkil etdiyi turnirdə karate-do federasiyasını 9 idmançı təmsil etmişdir. Həmin turnirdə adı çəkilən  federasiyanın təmsilçiləri 4 qızıl, 1 gümüş, 2 bürünc medal əldə etmişdirlər.
  2. 21 yanvar 2012-ci il tarixdə karate-do federasiyası Şahbuz rayonunda seminar təşkil etmişdir. Seminara 5-ci dan qara kəmər sahibi Hidayət Şabanov rəhbərlik etmişdir.
  3. 05 mart 2012-ci il tarixdə “05 mart - Bədən Tərbiyəsi və İdman Günü” münasibəti ilə Şahbuz rayonunda karate-do federasiyası və Şahbuz rayon İdman İdarəsinin birgə təşkilatçılığı ilə karate-do üzrə  turnir keçirilmişdir.
  4. 09-11 mart 2012-ci il tarixlərdə Bakı şəhəri Hövsan Olimpiya İdman Kompleksində VKC növləri üzrə keçirilən Azərbaycan çempionatında  karate-do federasiyası 7 idmançı ilə təmsil olunmuşdur. İdmançılardan İmanov Şahin Dadaş oğlu-12 yaş qrupunda və Əliyev Xəzər Süleyman oğlu isə 13 yaş qrupunda II yerə laiq görülüblər. 14-15 yaş qurupunda Seyidov Mircavid Miryaqub oğlu, 16-17 yaş qrupunda Kərimov Akif Faiq oğlu, 18 + yaş qrupunda isə Şirinov İlkin Rza oğlu III yerlərə layiq görülmüşlər.
  5. 17 aprel 2012-ci il tarixdə  karate-do federasiyası Naxçıvan şəhərində texniki seminar keçirmişdir.
  6. 11 may 2012-ci il tarixdə karate-do federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş  karate-do üzrə Naxçıvan Muxtar Respublika çempionati keçirilmişdir.
  7. 02 sentyabr 2012-ci il tarixdə Azərbaycan Çoxmübarizəli İdman Döyüş Növləri Federasiyasının Şəki şəhərində təşkil etdiyi Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin 52-ci ildönümünə həsr olunmuş Azərbaycan çempionatında karate-do federasiyası 12 idmançı ilə təmsil olunmuşdur. Həmin tədbirdə Xəzər Əliyev, Mircavid Seyidov və Tuncay Hüseynov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə layiq görülmüşdürlər.
  8. 28-30 sentyabr 2012-ci il tarixlərdə Bakı şəhərində “Bakı Open” beynəlxalq turnirində karate-do federasiyasının 1 idmançısı Tuncay Hüseynov III cü yerə laiq görülmüşdür.
  9.  06-07 noyabr 2012-ci il tarixlərdə karate-do federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə karate-do üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilmişdir.
  10.  16 noyabr 2012-ci il tarixdə karate-do federasiyası Şərur rayonunda idmançıların marağını nəzərə alıb kontakt- karate versiyası üzrə 2 bölmə yaratmışdır.
  11. 14-16 dekabr 2012-ci il tarixlərdə Bakı şəhərində AKFA-nın təşkil etdiyi  texniki seminar keçirilmişdir. Həmin seminara dünya karate federasiyasının baş təlimatçısı IX dan qara kəmər sahibi Hitoşu Kasuy rəhbərlik edirdi. Keçrilən seminarda karate-do federasiyasını  3 idmançı təmsil etmişdir ki, bunlardanda Kərimov Akif  Faiq oğlu I dan qara kəmərə, Şirinov İlkin Rza oğlu II ci dan qara kəmərə və federasiyanın sədr müavini Quliyev Nəriman Qurban oğlu isə Naxçıvan muxtar respublikasının idman tarixində ilk dəfə olaraq IV dan qara kəmərə laiq görülmüşdür.

   

Fevral 2020
B.e Ç.a Ç. C.a. C. Ş. B.
     12
3456789
10111213141516
17181920212223
242526272829