2014-cü ildə Naxçıvan MR Karate-do Federasiyası Karate idman növünün muxtar respublikada inkişaf etdirilməsi məqsədi ilə aşağıdakı tədbirləri həyata keçirmişdir.

1.
20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş yoldaşlıq görüşü keçirilmişdir.

       16 yanvar 2014-cü il tarixdə İlham Əliyev adına Naxçıvan şəhər Olimpiya İdman Kompleksində 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş karate-do üzrə yoldaşlıq görüşü keçirilmişdir.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyev açmışdır. N.Quliyev çıxışında bildirmişdir ki, 20 Yanvar tarixi Azərbaycan xalqının mübarizə ruhunun ən yüksək göstəricilərindən biridir: “20 Yanvar tarixində, o qürurlu gündə xalqımız nə qədər ağır anlar yaşasa da, o gün Azərbaycan xalqının milli azadlq yolunda qəhrəmanlq dastanıdır. Bu dastan bütün dünya xalqlarına ali dəyərləriimizin göstəricisi oldu. 20 Yanvar hadisələri baş verdikdən sonra Ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək məsələyə hüquqi qiymət verməsi və hadisələri beynəlxalq aləmə çatdırması bundan sonra xalqımızın başına gələ biləcək faciəli proseslərin qarşısını aldı. 20 Yanvar tarixi öz siyasi-hüquqi qiymətini məhz Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra almışdır”.

N.Quliyev çıxışının sonunda yoldaşlıq görüşündə iştirak edən idmançılara uğurlar arzulamışdır.

Keçirilmiş yoldaşlıq görüşündə Şahbuz və Babək rayonlarının komandaları iştirak etmişlər. Ümumilikdə 45 idmançının iştirakı ilə keçirilmiş tədbirdə Babək rayonundan olan kareteçilər 29-16 hesabı ilə Şahbuz rayonunun komandasına qalib gəlmişlər.


2.  7-9 fevral 2014-cü il tarixdə  Bakı şəhər Suraxanı rayon Hövsan olimpiya idman kompleksində VKC novləri üzrə Azərbaycan karate federasiyasının təşkil etdiyi uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arsında Şəhidlərin xatirəsinə həsr olunmuş Azərbaycan çempionatı keçirilmişdir.

Keçirilən çempionatda Naxçıvan Muxtar Respublikası Karate-do federasiyasını 10 idmançı təmsil etmişdir. 

Həmin tədbirdə 13 yaş qurupunda Məmmədov Sərcan Əfqan oğlu, 15 yaş qurupunda Kərimov Mirpaşa Xəqani oğlu, 16 yaş qurupunda Əliyev Xəzər Süleyman oğlu, 18-21 yaş qurupunda 68- çəki dərəcəsində isə Şirinov İlkin Rza oğlu fəxri kürsünün ən yüksək pilləsinə laiq görülmüşdürlər. Bundan əlavə 15 yaş qurupunda Qasımov Abbas Şamil oğlu və 16 yaş qurupunda Rzabəyli mahir Elşən oğlu ikinci yerə laiq görülmüşlər. Qliblər VKC növləri üzrə Azərbaycan karate federasiyasının idarə heyəti tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinin təsis etdikləri  diplom və medallarla təltif olunublar. Federasiyamızın qalib idmançılarını Naxçıvan Muxtar Respublikası Karate-do federasiyasının sədri cənab Vəli Ələsgərov qəbul etmiş, onlara oz tövsiyyələrini vermiş və qiymətli hədiyyələrlə mükafatlandırmışdır.   


   

Fevral 2020
B.e Ç.a Ç. C.a. C. Ş. B.
     12
3456789
10111213141516
17181920212223
242526272829