2015-cü ildə Naxçıvan MR Karate-do Federasiyası Karate idman növünün muxtar respublikada inkişaf etdirilməsi məqsədi ilə aşağıdakı tədbirləri həyata keçirmişdir.

1. 07 - 08 mart 2015-ci ildə Bakıda keçirilən Azərbaycan Çoxmübarizəli İdman Döyüş Növləri Federasiyasının açıq birinciliyinə yekun vurulub. Hövsan Olimpiya-İdman Kompleksində keçirilən yarışda Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının idmançıları da mübarizə aparıblar. İki gün davam edən birincilikdə muxtar respublika idmançısı Yunis Hüseynəliyev uğurlu çıxışı ilə yadda qalıb. Belə ki, 90 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız yalnız həlledici görüşdə məğlubiyyətlə üzləşib və birinciliyi gümüş medalla başa vurub.
 
2. 9-10 may 2015-ci il Naxçıvan şəhəri İlham Əliyev Adına Olimpiya İdman Kompleksi.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Karate-do üzrə Naxçıvan Muxtar Respublikası açıq çempionatının nəticələri.

6-7 yaş  oğlanlar  şotokan                                                    Kata oğlanlar.
1.İbrahimov Sinan                                                                  1. Məmmədov Xəyal
2.Əliyev Elvin                                                                        
2. Qulamov Sərdar
3.Zeynalov Elnar                                                                   
3. Nəcəfov Heydər
4.Nəbiyev Ələsgər                                                                 4. Məmmədov Sərcan

8-9 yaş oğlanlar.                                                                    12-13 yaş oğlanlar.
1.Süleymanov Rəşid                                                              1. Nəcəfov Heydər
2.İsrafilzadə Məhəmməd                                                      
2. Qələmzadə Babək
3.İsmayılov Kənan                                                                
3. Binyətli Nizami
4.Şıxəliyev Məhəmməd                                                         4. Məmmədov Sərcan

8-9 yaş qızlar.                                                                        16-17 yaş oğlanlar.

1.Süleymanova Günay                                                          1. Qasımov Abbas

2.Bayramova Nuray                                                              2. Kərimli Kərim

3.İsmayılova Aytən                                                               3. Əbişov Xəqani

4.Novruzlu Günel                                                                  4. Kərimov Vüsal

10-11 yaş oğlanlar.                                                              18 yaş oğlanlar
1.Qulamov Sərdar                                                                 1. Kərimzadə Mirpaşa
2.Seyidov Mirhadi                                                                2. Əliyev Sani
3.Seyidov Vüsal                                                                    3. Rzabəyli Mahir
4.Dünyamalıyev Fəxrəddin                                                  4. Mirzəyev Əli
12-13 yaş oğlanlar.                                                              8-9 yaş  Kantakt İriqumi qo
1.Ələkbərov Murad                                                               1. Kərimov Rza
2.Həsənov İmran                                                                   2. Həsənov Nurlan
3.Qulamov Adil                                                                     3. Quliyev Vüsal
4.Həsənəliyev Murad                                                            4. Dünyamalıyev Heydər

10-11 yaş oğlanlar kantakt                                               12-13 yaş oğlanlar kantakt

1.İbrahimov Mahir                                                                 1.Abdullayev Ələkbər
2.Sadiqov Vüsal                                                                     2.Fərəcov Zakir
3.Nağıyev Həsən                                                                    3.İsmayılov Aslan
4.Vəlirızayev Həsən                                                               4.Nəcəfov Emin

14-15 yaş oğlanlar kantakt                                               16-17 yaş oğlanlar kantakt

1.Vəliyev Azər                                                                        1.Cəfərov Fərid

2.Ağayev Qasım                                                                     2.Əliyev Ümüd

3.Əbişov Xəqani                                                                     3.Şirəliyev Əli

4.Fərəcli İbrahim                                                                     4.Zeynalov ağabəy


3. 08 sentyabr 2015-ci il tarixdə İ.Əliyev adına Olimpiya İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Naxçıvan MR Karate-do Federasiyasının “Naxçıvan” və “Budokan” komandaları arasında Karate-do üzrə yoldaşlıq görüşü keçirilmişdir. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan etmiş və çıxış edərək bildirmişdir ki, bu yarışı keçirməkdə məqsədimiz məktəbliləri zərərli vərdişlərdən kənarlaşdırmaq və Naxçıvan şəhərində yeniyetmə və gəncləri idmana cəlb etməklə sağlam düşüncəli nəsil formalaşdırmaqdan ibarətdir. Daha sonra Naxçıvan MR Karate-do Federasiyasının sədr müavini, yarışın baş hakimi Nəriman Quliyev çıxış edərək idmançılara yarışın qaydaları haqqında məlumat vermiş və uğurlar diləmişdir. Naxçıvan MR Karate-do Federasiyasının və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda hər iki komandanın tərkibində 8 yaş qrupunda 40-a yaxın idmançı iştirak etmişdir. 5:3 hesabı ilə “Naxçıvan” komandasının qalib gəldiyi yarışda fərqlənən idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplom və fəxri fərmanları ilə mükafatlandırılmışlar.

4.“12 noyabr - Konstitusiya Günü” münasibətilə “Naxçıvan”-“Şərur” komandaları arasında karate-do üzrə yoldaşlıq görüşü 11 noyabr 2015-ci il tarixdə Şərur Rayon Olimpiya İdman Kompleksində keçirilmişdir. Şərur Rayon Gənclər və İdman İdarəsinin rəisi Ramil Dadaşov tədbiri açıq elan etmiş, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Naxçıvan MR Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyev yarışın keçirilmə məqsədi və vəzifələri haqqında idmançılara geniş məlumat verərək uğurlar diləmişlər. Naxçıvan MR Karate-do Federasiyasının və Naxçıvan Şəhər və Şərur Rayon Gənclər və İdman İdarələrinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 10 yaş qrupunda 60-dan çox idmançı öz gücünü sınamışdır. Şotokan üslubunda keçirilən yarışda 6:4 hesabı ilə “Naxçıvan” komandası qalib gəlmişdir. Sonda fərqlənən idmançılara təşkilatçıların diplomları verilmişdir.


   

Fevral 2020
B.e Ç.a Ç. C.a. C. Ş. B.
     12
3456789
10111213141516
17181920212223
242526272829