2016-cı ildə Naxçıvan MR Karate-do Federasiyası Karate idman növünün muxtar respublikada inkişaf etdirilməsi məqsədi ilə aşağıdakı tədbirləri həyata keçirmişdir.

1. 15 yanvar 2016-cı il tarixdə İlham Əliyev adına Olimpiya-İdman Kompleksində karate-do üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.

            Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 90 illiyinə həsr edilmiş birinciliyi keçirməkdə məqsəd karate-do idman növünü yeniyetmə və gənclər arasında təbliğ etməkdən ibarət olub. 80-dən çox idmançının iştirak etdiyi yarışın açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyi aparatının rəhbəri Canməmməd Canməmmədov ilk olaraq nazirliyin 90 illik yubileyi münasibətilə muxtar respublikanın idman ictimaiyyətini təbrik edib. Sonra federasiyanın sədr müavini Nəriman Quliyev yarışın qaydaları haqqında idmançıları məlumatlandırıb. Yarış Naxçıvan MR Karate-do Federasiyası ilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilmişdir. Çəkisiz olaraq 5 yaş qrupu üzrə təşkil edilən yarış beynəlxalq qaydalar əsasında keçirilib. Yekun nəticəyə görə, 8-9 yaş qrupunda Seyran Quluzadə, 10-11 yaş qrupunda Vüsal Seyidov, 12-13 yaş qrupunda Murad Həsənəliyev, 14-15 yaş qrupunda Sərcan Məmmədov və 16-17 yaş qrupunda Abbas Qasımov bütün görüşləri qalib kimi başa vururaq, birincilikdə ən yüksək zirvəni fəth ediblər. Sonda ilk 3 pillədə qərarlaşan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.


2. 9-10 may 2016-cı il tarixlərində Naxçıvan şəhər İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev Kuboku” uğrunda Naxçıvan şəhər açıq çempionatı keçirilmişdir. Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının birgə təşkilatçılığı “Heydər Əliyev Kuboku” uğrunda Naxçıvan şəhər açıq çempionatı keçirilmişdir. Çempionatda 8 yaş qrupunda 200-dən çox idmançı və 15 komanda öz qüvvələrini sınamışlar. Bunlar içərisində qızlardan ibarət qrup da olmuşdur. Yarışın final mərhələsinə start verilməmişdən əvvəl Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbiri Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimov və Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri General-Mayor Fazil Ələkbərov açaraq idmanıçlara uğurlar arzulaşmışdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasın, Naxçıvan Muxtar Respublikası Şərq döyüş sənəti Federasiyasının Naxçıvan Muxtar Respublikası Boks Federsiyasının, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədrləri, Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov, Əməkdar məşqçi, 20 ildən artıq müddətdə Azərbaycan Milli Karate federasiyasında baş məşqçi işləmiş, 5 dan qara kəmər sahibi Hidayət Şabanov və digər rəsmi qonaqlar iştirak etmişlər.
Daha sonra açıq çempionatın final mərhələsi başlayıb.
Əvvəlcə tatami üzərinə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının yetirmələri çıxıblar. Onların nümunəvi çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, Bakı şəhərindən 3 komanda yarışda iştirak etmişdir.

Sonda qalib idmançılar mükafatlandırılmışlar.
Oğlanlar arasında:
6-7 yaş qrupunda - Yaqubov Rəsul (Bakı komandası)
8-9 yaş qrupunda - Şıxəlili Məhəmməd (Naxçıvan komandası)
10-11 yaş qrupunda - Seyidov Vüsal (Naxçıvan komandası)
12-13 yaş qrupunda - Həsənov İmran (Naxçıvan komandası)
14-15 yaş qrupunda – Qələmzadə Babək (Bakı Araz idman klubu)
16-17 yaş qrupunda -Kərimzadə Mirpaşa (Naxçıvan komandası)

Qızlar arasında:

8-9 yaş qrupunda Vəliyeva fatimə (Bakı Araz idman klubu)
10-11 yaş qrupunda Sadiqova Səmra (Naxçıvan komandası)

Komanda hesabında qalib olan “Naxçıvan” komandasına kuboku Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimov təqdim edib.
Yarışdan sonra idmançılar Ümummilli Lider Heydər Əliyevin adını daşıyan muzeydə, Naxçıvanqala Tarix Memarlıq Muzeyində və Əshabi-Kəhf ziyarətgahında olmuşlar.

3. 22 avqust 2016-cı il tarixdə Şərur Rayon Gənclər və İdman İdarəsinin və Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmələr arasında karate-do üzrə Şərur rayon açıq birinciliyi keçirilmişdir. Birincilikdə Şərur rayonunun idmançıları ilə yanaşı Kəngərli və Sədərək rayonunun idmançıları da iştirak etmişdir. Tədbirdə 70-dən artıq idmançı öz qüvvəsini sınamışdır. Yarış beş yaş qrupu üzrə keçirilmişdir. Gərgin və maraqlı keçən mübarizədən sonra 6-7 yaş qrupunda Əhmədov Həbib, 8-9 yaş qrupunda Əsgərov Uğur, 10-11 yaş qrupunda Vəliyev Kənan, 12-13 yaş qrupunda Nəcəfov Rövşən, 14-15 yaş qrupunda Nəcəfov Emin birinci yerə layiq görülmüşlər. Qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim olunmuşdur.


4. 24 - 25 avqust 2016-cı il tarixdə Naxçıvan MR KARATE-DO Federasiyası, Ağbulaq İstirahət Mərkəzi və Şahbuz Dövlət Təbiət Qoruğunda olmuşlar.


5. Naxçıvan Muxtar Respublikası Karate-do federasiyasının və Babək rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 7 sentyabr 2016-cı il tarixində Babək rayon açıq birinciliyi keçirilmişdir. Tədbirdə 8 komandada 120 idmançı iştirak etmişdir. Komanda hesabında 1-ci yeri Şərur, 2-ci yeri Babək, 3-cü yeri Culfa rayonlarının komandaları tutmuşdur.


6. 18 oktyabr Dövlət Müstəqilliyi Gününə həsr edilmiş birincilik: Naxçıvan Karate-do Federasiyası və Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 18 oktyabr Dövlət Müstəqilliyi Gününə həsr edilmiş qız və oğlanlar arasında Naxçıvan şəhər açıq birinciliyi keçirilmişdir. Yarışlarda 14 komanda olmaqla 160 idmançı iştirak etmişdir.


Şəkillərin ardı...

7. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi : Oktyabrın 21-də Karate-do Federasiyasının bir qrup idmançısı və məşqçiləri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olublar.


Şəkillərin ardı...

8. Noyabrın 15-də Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirliklərinin, Azərbaycan Milli Karate Federasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş beynəlxalq turnir keçirilib. Şərur Olimpiya-İdman Kompleksində təşkil olunan turnirdə Azərbaycan və Naxçıvan Muxtar Respublikasının komandaları ilə yanaşı, Türkiyə, Gürcüstan və İran İslam Respublikasının da komandaları mübarizə aparıblar. Yarışdan əvvəl idmançılar Naxçıvan şəhərində ümummilli liderimizin abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər. 


Şəkillərin ardı...


   

Fevral 2020
B.e Ç.a Ç. C.a. C. Ş. B.
     12
3456789
10111213141516
17181920212223
242526272829