2017-ci ildə Naxçıvan MR Karate-do Federasiyası Karate idman növünün Muxtar Respublikada inkişaf etdirilməsi məqsədi ilə aşağıdakı tədbirləri həyata keçirmişdir.

1.
17 fevral 2017-ci il tarixdə Şərur Olimpiya İdman Kompleksində Şərur Rayon Gənclər və İdman İdarəsinin, Kəngərli Rayon Gənclər və İdman İdarəsinin və Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Şərur və Kəngərli rayonunun yeniyetmə qız və oğlanlarından ibarət komandaları arasında yoldaşlıq görüşü keçirilmişdir. Yarışda 2 komandanın tərkibində 60 yeniyetmə idmançı iştirak etmişdir. Oğlanların mübarizəsində 6-7 yaş qrupunda Əhmədov Həbib, 8-9 yaş qrupunda Vəliyev Hüseyn, 10-11 yaş qrupunda Şıxəliyev Məhəmməd, 12-13 yaş qrupunda Möhsümov Möhsüm I yerlərə layiq görülmüşlər. Qızların mübarizəsində isə 10-11 yaş qrupunda Nağızadə Aminə I yerə, Mehdiyeva İnci II yerə, Əhmədova Şəkər və Yusifova Aysən isə III yerə layiq görülmüşlər. Qaliblərə təşkilatçıların diplomları təqdim olunmuşdur.



Şəkillərin ardı....

2. 17 aprel 2017-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının birgə təşkilatçılığı ilə Federasiyanın idmançıları üçün kəmər imtahanı keçirilmişdir. Kəmər imtahanına Azərbaycan Respublikasının əməkdar idman ustası Hidayət Şabanov və Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyev nəzarət etmişlər. İmtahandan keçənlərə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası tərəfindən kəmər və diplomlar təqdim olunmuşdur. Seminarda 50-yə yaxın idmançı iştirak etmişdir.




3. 10 may 2017-ci il tarixdə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda karate-do üzrə Naxçıvan Muxtar Respublika açıq çempionatı keçirilib.
12 yaş qrupunda 47 çəki dərəcəsində 200-ə yaxın idmançının iştirak etdiyi yarışda “Naxçıvan” komandası I yerə layiq görülərək, yarışın kubokunu qazanıb. II yerə Bakı şəhər, III yerə Babək rayon komandası layiq görülüb. Qalib komandalar müxtəlif diplom və mükafatlar təqdim olunub.




4. 27-28 May 2017-ci ildə Gürcüstanın paytaxtı Tiblisidə "Georgia open" turniri keçirilmişdir. Turnirdə federasiyamızın yetirmələri Aslan İsmayılov (14-15 yaş qrupu, 70 kq cəki dərəcəsində) və Sərcan Məmmədov (16-17 yaş qrupu, - 55 kq çəki dərəcəsində) 3-cü yer tutublar.


Şəkillərin ardı....


5. 23 Oktyabr 2017-ci ildə “Culfa”, “Naxçıvan” və “Ordubad” komandaları arasında karate-do üzrə yoldaşlıq görüşü təşkil olunub.

Görüşdə 100-dək oğlan və qız idmançı iştirak edib.
Yarışın nəticələrinə əsasən, oğlanlar arasında 8-9 yaş qrupunda Həbib Əhmədov (Culfa), 10-11 yaş qrupunda Məhəmməd Bağırov (Culfa), 12-13 yaş qrupunda Vüsal Seyidov (Naxçıvan), 14-15 yaş qrupunda İmran Həsənov (Naxçıvan), 16-17 yaş qrupunda Aslan İsmayılov (Naxçıvan), qızlar arasında isə 8-9 yaş qrupunda Özləm Hacıyeva (Naxçıvan), 10-11 yaş qrupunda Aminə Novruzzadə (Naxçıvan) və 12-13 yaş qrupunda Səmra Məmmədli (Naxçıvan) birinci yerlərə layiq görülüblər.

Komanda hesabında:

1. Naxçıvan

2. Culfa

3. Ordubad


Şəkillərin ardı....


6.4-5 noyabr 2017-ci il tarixlərində Ukraynanın Dnepr şəhərində keçirilmiş turnirdə federasiyamızın idmançıları İsmayılov Aslan Loğman oğlu (70 kq) və Məmmədov Sercan Əfqan oğlu (55 kq) 3-cü yer tutublar.


Şəkillərin ardı....


7.  10 Noyabr 2017-ci il tarixdə Karate-do Federasiyasının kollektivi Naxçıvan şəhərində yerləşən Xatirə Muzeyində olublar.


Şəkillərin ardı....

8. 24-26 noyabr 2017-ci il tarixlərində Azərbaycan Respublikası Milli Karate Federasiyası tərəfindən  Bakı şəhərindəki Heydər Əliyev adına İdman və Konsert Kompleksində yeniyetmə və gənclər arasında 18-ci respublika, böyüklər arasında isə 25-ci respublika çempionatı keçirilmişdir. Həmin çempionatda Naxçıvan MR Karate-do Federasiyasının "Nəqşicahan" qızlar idman klubunun yetirməsi olan Məmmədli Səmra Ramin qızı bürünc medala layiq görülmüşdür.

Şəkillərin ardı....

9. 24-26 noyabr 2017-ci il tarixlərində Yaltada keçirilən çempionatda Naxçıvan Karate-do Federasiyasının yetirməsi olan Süleymanov Rəşid İlahəddin oğlu 10-11 yaşlılar arasında (38 kq) rəqiblərinə qalib gələrək 1-ci yer tutmuşdur


Şəkillərin ardı....

10. 1-3 dekabr 2017-ci il tarixlərində Sumqayıt Olimpiya İdman Mərkəzində Qara və Xəzər dənizi ətrafı ölkələrin növbəti çempionatı keçirilib. Çempionatda Naxçıvan MR Karate-do Federasiyasını 6 idmançı təmsil etmişdir. Həmin idmançılardan 12-13 yaş qrupunda 40 kq çəki dərəcəsində Məmmədli Səmra Ramin qızı 1-ci yerə, 12-13 yaş qrupunda 38 kq çəki dərəcəsində Seyidov Vüsal Şahin oğlu 3-cü yerə, 14-15 yaş qrupunda 70 kq çəki dərəcəsində İsmayilov Aslan Loğman oğlu 2-ci yerə, 10-11 yaş qrupunda Süleymanov Rəşid İlahəddin oğlu 1-ci yerə layiq görülmüşlər .


Şəkillərin ardı....

11. Dekabrın 27-də Naxçıvan MR Gənclər və İdman Nazirliyi, Naxçıvan MR Səhiyyə Nazirliyi və Karate-do Federasiyasının birgə təşkilatçılığı ilə idmançıların tibbi müayinəsi təşkil olunmuşdur.

Şəkillərin ardı....


   

Fevral 2020
B.e Ç.a Ç. C.a. C. Ş. B.
     12
3456789
10111213141516
17181920212223
242526272829