2018-ci ildə Naxçıvan MR Karate-do Federasiyası Karate idman növünün Muxtar Respublikada inkişaf etdirilməsi məqsədi ilə aşağıdakı tədbirləri həyata keçirmişdir.

1.
12-14 yanvar 2018-ci il tarixlərində Bakı şəhərindəki  Heydər Əliyev adına İdman- Konsert Kompleksində  20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilmişdir.

Turnirdə Azərbaycan, İran, İsrail, Rusiya və Özbəkistan komandaları iştirak etmişlər.

Tədbirdə 60 komandada 700 idmançı öz qüvvəsini sinamışdır.

Turnirdə  Naxçıvan MR Karate-do Federasiyasını 6 qız və 8 oğıan olmaqla 14 idmançı təmsil etmişdir.

Turnirdə Vüsal Seyidov 12-13 yaş qrupunda (33 kq çəki dərəcəsində) 1-ci yer, Aslan İsmayılov 14-15 yaş qrupunda (70 kq çəki dərəcəsində) 1-ci yer, Ayan Məmmədova 8-9 yaş qrupunda (32 kq çəki dərəcəsində) 2-ci yer, Zəhra Məmmədova 8-9 yaş qrupunda (25 kq çəki dərəcəsində) 3-cü yer, Çinarə  Cəlalova 14-15 yaş qrupunda (47 kq çəki dərəcəsində) 3-cü yer, Səmra Məmmədli 12-13 yaş qrupunda (45 kq çəki dərəcəsində) 3-cü yer, Özləm Hacıyeva 6-7 yaş qrupunda (25 kq çəki dərəcəsində) 3-cü yer tutmuşlar.

İdmançılarımızı TƏBRİK EDİRİK!


Şəkillərin ardı....

2. Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasında ötən ilin yekunları müzakirə edilib

            Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının 2017-ci ilin nəticələri və 2018-ci ildə görüləcək işlərin müzakirəsinə həsr olunmuş yığıncağı keçirilib.

            Yığıncağı giriş sözü ilə açan ­federasiyanın sədri Fazil Ələkbərov bildirib ki, Azərbaycan gəncliyini sağlam, təhsilli və vətənpərvər görmək istəyən ulu öndərimiz Heydər Əliyev dövlət siyasətinin əsas qayəsini gənclər siyasəti olaraq müəyyənləşdirib. Bu gün muxtar respublikamızda idman və gənclər siyasəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla həyata keçirilir. Muxtar respublikada idmanın kütləviliyinə nail olunması, xüsusilə uşaq və gənclərin idmana cəlbi istiqamətində ardıcıl tədbirlər görülüb, müasir idman infrastrukturu yaradılıb, maddi-texniki bazanın gücləndirilməsi və idmanın hərtərəfli inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilib. İdman və gənclər siyasətinə böyük diqqət ayıran Ali Məclisin Sədri deyib: “Gənc­lərin asudə vaxtının səmərəli təşkilində, onların sağlam böyüməsində və gələcəyə hazırlanmasında idmanın mühüm rolu vardır. Çünki cəmiyyətin sağlamlığı insanların, xüsusilə də gənclərin sağlamlığından asılıdır. Bu mənada hər bir gəncə ölkə­nin gələcəyi kimi baxmaq lazımdır”. İdman sahəsində həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsidir ki, bu gün muxtar respublikamız mötəbər turnirlərin, beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib, bir çox naxçıvanlı gənc bu turnirlərdə yüksək nəticələr əldə edib.

            Fazil Ələkbərov qeyd edib ki, karate-do idman növünün inkişafı üçün muxtar respublikanın şəhər və rayonlarında lazımi şərait yaradılıb, federasiyanın tərkibində hazırda 12 məşqçinin rəhbərliyi altında 17 karate bölməsi fəaliyyət göstərir. Onlardan 4-ü Naxçıvan şəhərində, 4-ü Şərur, 2-si Babək, 2-si Ordubad, 2-si Sədərək, 1-i Culfa, 1-i Şahbuz, 1-i isə Kəngərli rayonlarındadır.

            “Naxçıvan Muxtar Respublikası Ali Məclisində idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə Ali Məclisin Sədri qızların idmana cəlb edilməsini, bu sahədə kütləviliyə nail olunmasını və onların iştirakı ilə bir sıra tədbirlərin keçirilməsini federasiya qarşısına əsas tapşı­rıq kimi qoyub. Bu istiqamətdə uğurlu nəticələr əldə edilib”, – deyən federasiya sədri vurğulayıb ki, bu gün muxtar respublikada 500 uşaq, yeniyetmə və gənc karate idman növü ilə məşğul olur. Onlardan 60 nəfəri qızdır. Karate-do Federasiyası tərəfindən görülən işlər nəticəsində ötən il ərzində 10 nəfər qız idmançı respublika və beynəlxalq səviyyəli turnirlərdə iştirak edib, onlardan 6-sı fəxri kürsünün müxtəlif pillələrinə qalxıblar. 2017-ci ildə federasiyanın idmançıları 18-i beynəlxalq, 34-ü isə ölkədaxili yarışlarda, ümumilikdə, 52 medal qazanıblar. Onlardan 21-i qızıl, 13-ü gümüş, 18-i bürünc medal olub.

            Federasiyanın sədr müavini Nəriman Quliyev çıxışında bildirib ki, hazırda muxtar respublikada federasiyanın 3 klubu fəaliyyət göstərir. Bunlar “Nəqşicahan” (qızlar), “Qapıcıq” və “Şərur” karate-do idman klublarıdır. Federasiyanın 50 idmançısı Azərbaycan Karate Federasiyası Assosiasiyasının təşkil etdiyi kəmər imtahanında iştirak edib. İdmançılarımızdan 31 nəfəri müxtəlif kyu dərəcələrinə, bir nəfər qız idmançımız isə birinci Dan qara kəmər ustalıq dərəcəsinə layiq görülüb.

            Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov deyib ki, muxtar respublikamızda idman və idmançılara dövlət qayğısı ən yüksək səviyyədədir. Regionun bütün rayon və şəhərlərini əhatə edən müasir idman infrastrukturu fonunda gənc və yeniyetmələrin idmanın müxtəlif növlərinə marağı günü-gündən artmaqdadır.

            Bildirilib ki, ötən il nazirlik və Karate-do Federasiyasının birgə fəaliyyəti kifayət qədər uğurlu alınıb. Federasiya idmançılarının ötənilki nəticələri, qazanılan beynəlxalq miqyaslı uğurlar idmanın bu növünün Naxçıvandakı inkişafının əsas göstəricisidir. Federasiyada kütləviliyin artırılması və istedadlı gənclərin üzə çıxarılması məqsədilə nazirliyin yerli idarələri və federasiyanın müvafiq bölmələri tərəfindən çoxsaylı idman yarışları təşkil olunub, qalib idmançıların daha yüksək səviyyəli idman yarışlarında iştirakı təmin edilib.

            Çıxışlardan sonra 2017-ci ildə fərqlənən 5 idmançı federasiya sədri Fazil Ələkbərov tərəfindən mükafatlandırılıb.

            İclasa yekun vuran Fazil Ələkbərov muxtar respublikada uşaq, yeniyetmə və gənclərin karate məşğələlərinə cəlb edilməsi sahəsində kütləviliyə nail olunması məqsədilə federasiya tərəfindən 2018-ci il üçün tədbirlər planı tərtib olunduğunu qeyd edib. Qarşıya qoyulan əsas məsələlər isə uşaq, yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq tutulması, onların asudə vaxtlarının səmərəli təşkili məqsədilə karate idman məşğələlərinə cəlb edilməsi, təbliğat işlərinin genişləndirilməsi, rayon və kəndlərdə əlavə karate bölmələrinin yaradılması, karate idman növü ilə məşğul olan yeniyetmə və gənclərin, xüsusən də qızların məşqlərdə iştirakının davamlılığına nail olunması, yığma komandanın tərkibini müəyyən edərək ölkədaxili və beynəlxalq turnirlərdə iştirakının təmin edilməsidir.

            Vurğulanıb ki, muxtar respublikada idmanın inkişafının sağlam gəncliyin formalaşmasında vacib rolunu əsas tutaraq Karate-do Federasiyası bundan sonra da qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində əzmlə çalışacaq, istedadlı idmançıların yetişdirilməsində səy və bacarığını əsirgəməyəcəkdir.



Şəkillərin ardı....   

3. 9 fevral 2018-ci il tarixdə Təqvim planına uyğun olaraq Karate-do federasiyasının idmançı və məşqçiləri  Türk dünyasının böyük şairi Hüseyn Cavidin Ev Muzeyində olublar.


Şəkillərin ardı....   

4. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman federasiyalarının ötən il ərzində gördüyü işlər və 2018-ci ildə qarşıda duran ­vəzifələr mövzusunda iclası keçirilib.
İclası giriş sözü ilə açan muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov kütləvi bədən tərbiyəsi və idman sahəsi üzrə ötənilki nailiyyətlərdən bəhs edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikamızda idman və bədən tərbiyəsinin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilib. Bu gün muxtar respublikada müasir idman infra­strukturu formalaşdırılıb, uşaq və gənclərin idmanla məşğul olmalarına, onların müxtəlif səviyyəli çempionat, turnir və yarışlarda iştirak etmələrinə hərtərəfli şərait yaradılıb. Eyni zamanda idmançı, məşqçi-müəllim heyətinin sosial vəziyyəti yaxşılaşdırılıb, bu tədbirlər çərçivəsində ötən il gimnastika üzrə məşqçi-müəllim Humay Qafarova Naxçıvan şəhərində mənzillə təmin olunub. Bununla yanaşı, ötən dövrdə yüksək nəticələr göstərmiş yeniyetmə və gənc idmançılardan Sadiq Məmmədov, Pərviz Qasımov, Rauf Murtuzov və Tayfur Əliyevin adı “Qızıl kitab”a əlavə edilib, bu idmançılar Ali Məclis Sədrinin fəxri təqaüdünə layiq görülüblər. Eyni zamanda “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilmiş müşavirədə bir sıra federasiya və idmançılar ­qazandıqları uğurlara görə Ali Məclisin Sədri tərəfindən mükafatlandırılıblar.

     Nazir vurğulayıb ki, muxtar respublikada olimpiya-idman komplekslərində, idman mərkəzlərində, şahmat məktəblərində, stadionlarda, mini-futbol meydançalarında, ümumtəhsil məktəblərinin idman zallarında, muxtar respublikanın şəhər, rayon və qəsəbələrində fəaliyyət göstərən idman federasiyalarının klub və bölmələrində, Uşaq-gənclər idman məktəbinin qruplarında 18 yaşadək, ümumilikdə, 29 min 769 uşaq və gənc idmanla məşğul olur ki, onun da 24 min 687-si oğlanlar, 5 min 82-si isə qızlardır. Ən müasir tələblərə cavab verən idman infrastrukturunun formalaşdırılması muxtar respublikamızda beynəlxalq yarışların keçirilməsinə də şərait yaradıb. Naxçıvanda qızların idmana cəlbi istiqamətində tədbirlərin davam etdirilməsi, onların müvafiq idman növləri üzrə federasiyalara cəlbinə nail olunması məqsədilə həndbol, stolüstü tennis, üzgüçülük, Şərur Olimpiya-İdman Kompleksində, Naxçıvan Dövlət Universitetində, “Naxçıvan” Universitetində və Əlillərin Bərpa Mərkəzində bədii gimnastika bölmələri yaradılıb.
Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyev, Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov, Voleybol Federasiyasının sədr müavini Aydın Mirzəyev və Şahmat Federasiyasının sədr müavini Emin Hacıyev çıxış edərək müvafiq idman növləri üzrə federasiyalar tərəfindən həyata keçirilən tədbirlərdən, idman uğurlarından danışıblar. Bədii gimnastika üzrə məşqçi­-müəllim Sevinc Nəcəfova və idmançı Nizami Hüseynov isə yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Sonra ötən il qazandıqları idman uğurlarına görə idmançılar Hüseyn Abdullayev, Zeynəb İbrahimli (hər ikisi paralimpiya), Nizami Hüseynov (budo döyüş növü), Nazlı Hümbətova (şahmat), İbrahim Cəfərzadə (boks) və Əmrah Nağıyev (yüngül atletika) gənclər və idman ­nazirliyi tərəfindən fəxri diplom və hədiyyələrlə mükafatlandırılıblar.
     Eyni zamanda ötən il qazandıqları medal sayına görə (Güləş Federasiyası 26, Karate-do Federasiyası 24, Boks Federasiyası 20, Yüngül Atletika Federasiyası 20 medal) idman federasiyaları da xüsusi mükafata layiq görülüblər.
     İclasa yekun vuran gənclər və idman naziri Azad Cabbarov qeyd edib ki, ötən il məşqçilərə təlimlər, treninqlər, gənc idmançılara nümunəvi dərslərin keçirilməsi diqqətdə saxlanılıb, bütün idman növləri və federasiyalar üzrə peşəkar və təcrübəli məşqçilər dəvət edilib, komandaların təlim-məşq toplanışları keçirilib. Məktəblilərin idmanla kütləvi məşğul olması məqsədilə əvvəllər mövcud olmuş məktəblilərin spartakiadası ənənəsi bərpa edilib, müxtəlif idman növləri üzrə yüzlərlə yeniyetmə və gənc bu idman yarışlarında iştirak edib. Bütün bu görülən işlər, həyata keçirilən tədbirlər nazirlik və muxtar respublikada yaradılmış idman federasiyalarının birgə fəaliyyəti nəticəsində mümkün olub. 2018-ci ildə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıqlarına uyğun olaraq nazirlik və idman federasiyalarının fəaliyyəti mütəşəkkil xarakter almalı, idman federasiyalarının yeni bölmələri, müvafiq yığma komandalar formalaşdırılmalı, yerlərdə istedadlı gənclərin idmana cəlbi ilə bağlı görülən işlər daha da genişləndirilməlidir. Bununla yanaşı, idman obyektlərindəki mövcud avadanlıqlardan səmərəli istifadə olunmalı, həmin obyektlərin idman ləvazimatları ilə ­təchizatı və onların qorunub saxlanılmasına nəzarət artırılmalıdır.



Şəkillərin ardı....   

5. 13-16 fevral 2018-ci il tarixlərində Karate-do Federasiyasının 2 idmançısı İran İslam Respublikasının Astara şəhərində keçirilən Birinci Beynəlxalq İdman Olimpiadasında iştirak etmişlər. İdmançılardan 12-13 yaş qrupunda Seyidov Vüsal Şahin oğlu (40 kq çəki dərəcəsində) 1-ci yerə, 14-15 yaş qrupunda İsmayilov Aslan Loğman oğlu (70 kq çəki dərəcəsində) 3-cü yerə layiq görülmüşlər.

Fevralın 18-də Bakı şəhərində "Araz" idman klubunun təşkilatçılığı ilə 26 fevral - Xocalı soyqırımına həsr olunmuş açıq turnir keçirilmişdir. Həmin turnirdə Vüsal Seyidov 1-ci yerə; Aslan İsmayilov isə kata üzrə 2-ci, kumite üzrə 1-ci yerə layiq görülmüşlər.

İdmançılarımızı TƏBRİK EDİRİK!



Şəkillərin ardı....   

6. Şərur Olimpiya-İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmələr arasında karete-do üzrə rayon birinciliyi keçirilib. Rayon Gənclər və İdman İdarəsi və Karete-do Federasiyasının təşkil etdiyi birincilikdə 8 yaş qrupunda 60-dan çox qız və oğlan idmançı mübarizə aparıb. Yarışın yekun nəticəsinə əsasən 6-7 yaşlı oğlanlar arasında Həbib Əhmədov, 8-9 yaş qrupunda Səid Nəcəfli, 10-11 yaş qrupunda Seyran Quluzadə, 12-13 yaş qrupunda Ərtoğrul Məmmədbəyli, 14-15 yaş qrupunda Nurlan Məmmədov qalib adını qazanıblar. Qızlar arasında isə 8-9 yaş qrupunda Gülay Ələkbərli, 10-11 yaş qrupunda Raziyə Dünyamalıyeva və 12-13 yaş qrupunda Fatimə Yusifova birinci yerə layiq görülüblər. Sonda qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.



Şəkillərin ardı....   

7. 13 mart 2018-ci il tarixdə Culfa şəhər 3 №-li tam orta məktəbin idman zalında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında oğlan və qızlardan ibarət “Culfa”, “Naxçıvan” “Babək” və “Ordubad” komandaları arasında karate-do üzrə yoldaşlıq görüşü keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyev tədbiri açıq elan etmiş və qeyd etmişdir ki, yoldaşlıq görüşünü keçirməkdə məqsəd karate-do idman növünü yeniyetmə və gənclər arasında təbliğ etməkdən ibarətdir. Sonra isə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elşən Rəfiyev, Ordubad Rayon Gənclər və İdman İdarəsinin rəisi Əbülfəz Əliyev və Culfa Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elçin Cəfərov çıxış edərək idmançılara qalibiyyət sevinci arzulamışlar. Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası və Naxçıvan Şəhər və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə 80 oğlan və qız idmançı iştirak etmişdir. 6 yaş qrupu üzrə təşkil edilən görüş beynəlxalq qaydalar əsasında keçirilmişdir. Yekun nəticəyə görə, oğlanlar  arasında 6-7 yaş qrupunda Bünyamin Zeynalov (Ordubad), 8-9 yaş qrupunda Rəhman İsmayılov (Babək), 10-11 yaş qrupunda Seyran Quluzadə (Naxçıvan), 12-13 yaş qrupunda Vüsal Seyidov (Naxçıvan), 14-15 yaş qrupunda İmran Həsənov (Naxçıvan), 16-17 yaş qrupunda Murad Ələkbərov (Naxçıvan), qızlar arasında isə 6-7 yaş qrupunda Məryəm İbrahimova (Naxçıvan), 8-9 yaş qrupunda Nərgiz Həsənli (Naxçıvan), 10-11 yaş qrupunda Aminə Novruzzadə (Naxçıvan), 12-13 yaş qrupunda Fatimə Qasımova (Naxçıvan), 14-15 yaş qrupunda Səmra Məmmədli (Naxçıvan) və 16-17 yaş qrupunda Gülnur Abdullasoy (Ordubad) bütün görüşləri qalib kimi başa vururaq I yerlərə layiq görülmüşlər. Komanda hesabında isə Naxçıvan komandası I yerə, Ordubad komandası II yerə, Babək komandası isə III yerə layiq görülmüşdür. Sonda hər yaş qrupunda yer tutan idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları verilmişdir.



Şəkillərin ardı....  

8. 1 aprel 2018 -ci il tarixdə Naxçıvan MR Karate-do Federasiyasının yetirməsi olan Süleymanov Rəşid İlahəddin oğlu Moskva şəhərində keçirilən Sambo-70 açıq çempionatında 10-11 yaş qrupunda (40 kq çəki dərəcəsində) 1-ci yerə layiq görülmüşdür.
31 mart - 1 aprel 2018-ci il tarixdə Bakı şəhəri Heydər Əliyev adına İdman-Konsert Kompleksində Şitoryu Karate-do Federasiyasının 14-cü respublika çempionatı keçirilmişdir. Həmin çempionatda Naxçıvan MR Karate-do Federasiyasını 14-15 yaş qrupunda (70 kq çəki dərəcəsində) təmsil edən İsmayılov Aslan Loğman oğlu və 16-17 yaş qrupunda (55 kq çəki dərəcəsində) təmsil edən Məmmədov Sərcan Əfqan oğlu 1-ci yerə layiq görülmüşlər.



Şəkillərin ardı.... 

9. 6-7 aprel 2018-ci il tarixdə Kazan şəhərində keçirilən çempionatda Naxçıvan MR Karate-do Federasiyasının yetirməsi olan Rəşid Süleymanov 1-ci yerə layiq görülmüşdür.


Şəkillərin ardı....

10. 20-22 aprel tarixində Türkiyənin İstanbul şəhərində Dünya Şotakan Federasiyasının 9-cu dünya çempionatı keçirilmişdir. Həmin yarışda Naxçıvan MR Karate-do Federasiyasının yetirməsi olan, 16-17 yaş qrupunda (-76 kq çəki dərəcəsi) İsmayılov Aslan Loğman oğlu şobu-nihon və şobu-sanbon qaydaları üzrə 2-ci və 3-cü yerlərə layiq görülmüşdür.



Şəkillərin ardı....

11. Karate-do federasiyasının sədri Fazil Ələkbərov bildirib ki, Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı sahəsində mühüm işlər görülür.

       Gənclərin fiziki hazırlığına, onların asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqət yetirilir. Muxtar respublikada müasir idman infrastrukturunun, idmanın müxtəlif növləri üzrə federasiyaların, eləcə də karate-do federasiyasının yaradılması gənclərin idmana olan marağını artırıb, istedadlı idmançıların yetişməsini təmin edib. Bunun da sayəsində idmançılarımız dünya və Avropa çempionatlarında uğurla çıxış edirlər.

            Fazil Ələkbərov deyib ki, Naxçıvan Muxtar Respublikasının Karate-do Federasiyası muxtar respublikada bu idman növü üzrə yeniyetmə və gənclərin idman bölmələrinə cəlbi istiqamətində əhəmiyyətli rol oynayır. Federasiyanın rayon bölmələrində də karate üzrə müxtəlif yaş qruplarında idmançılar nəsli yetişib. Vurğulanıb ki, muxtar respublikada 500-ə yaxın gənc oğlan və qız bu idman növü ilə məşğul olur ki, onların da 115 nəfərini qız idmançılar təşkil edir. Federasiya sədri idmançılara qarşıdakı yarışlarda uğurlar arzulayaraq yarışı açıq elan edib.


            İki gün davam edən açıq çempionatda 6 yaş qrupu üzrə 300-dən çox idmançı 47-çəki dərəcəsi üzrə mübarizə aparıb. Yarışda muxtar respublikanın şəhər və rayonlarının idmançıları ilə yanaşı, Bakı şəhərinin müxtəlif idman klublarını təmsil edən karateçilər də iştirak ediblər.

             Fazil Ələkbərov komanda hesabında birinci olan “Naxçıvan” komandasına çempionatın kubokunu  təqdim edib.

Sıralamada “Arpaçay” ikinci, “Araz” idmançıları isə üçüncü olublar.


Şəkillərin ardı....


12. 21-23 iyun tarixlərində Bakı şəhərində Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr olunmuş Qara dəniz və Xəzəryanı ölkələr arasında karate üzrə beynəlxalq turnir keçirilmişdir. Turnirdə 5 ölkədən 100 komandada 1000 idmançı iştirak edib. Turnirdə Naxçıvan MR Karate-do Federasiyasının 20 idmançısı iştirak edib. Onlardan 13 nəfər 15 medal qazanıb. Zəhra Məmmədova 2 kateqoriyanın hər biri üzrə 2-ci yer, Özləm Hacıyeva 1-ci yer, Aminə Novruzzadə 1-ci yer, Vüsal Seyidov 2-ci yer, Rafiq Hüseynov 2-ci yer, Həsən Səfərli 3-cü yer, Ziya Məmmədli 3-cü yer, Rəna Düzənci 3-cü yer, Qafar Hüseynov 3-cü yer, Seyran Quluzadə 3-cü yer, Çinarə Cəlalova 3-cü yer, Sərcan Məmmədov 2-ci yer, Nicat Allahverdiyev 2 kateqoriyada 1-ci və 3-cü yer tutmuşlar. İdmançılarımızı təbrik edirik!


Şəkillərin ardı....


13. 12-14 iyul tarixlərində Naxçıvan MR Karate-do Federasiyasının yetirməsi olan Rəşid Süleymanov Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən beynəlxalq turnirdə 10-11 yaş qrupunda, 40 kq çəki dərəcəsində 2 ci yerə layiq görülmüşdür. Təbrik edirik!

Şəkillərin ardı....


   

Fevral 2020
B.e Ç.a Ç. C.a. C. Ş. B.
     12
3456789
10111213141516
17181920212223
242526272829