2018-ci il II rübdə Naxçıvan MR Karate-do Federasiyası Karate idman növünün Muxtar Respublikada inkişaf etdirilməsi məqsədi ilə aşağıdakı tədbirləri həyata keçirmişdir.

1. 30 iyul-2 avqust 2018-ci il tarixlərdə Ağbulaq İstirahət Mərkəzində idman federasiyaları üzvlərinin “Yay məktəbi” təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Həmkarlar İttifaqları Şurası, Naxçıvan Muxtar Respublikasının idman federasiyaları tərəfindən Ağbulaq İstirahət Mərkəzində idman federasiyaları üzvlərinin “Yay məktəbi” təşkil olunmuşdur. Yay məktəbi müddəti idmançılar voleybol, futbol və stolüstü idman oyunları oynamış, “Girdab”, “Əhməd haradadır” bədii filmlərinə, aprel döyüşlərindən və şəhid leytenant Qabil Orucəliyevdən bəhs edən sənədli filmlərə baxmışlar. İstirahət müddəti idmançıların “Şəfa” bulağına və Ağbulaq kəndi ərazisinə gəzintisi təşkil edilmiş, Şahbuz Rayon Mədəniyyət Şöbəsinin musiqiçiləri tərəfindən verilən konsert proqramında iştirak etmişlər. İştirakçıların istirahət müddəti ərzində sağlamlıqlarının qorunması və onlara ilkin tibbi yardımın göstərilməsi məqsədi ilə bir nəfər həkim də yay məktəbində iştirak etmişdir.
Növbəti “Yay məktəbi” 4-7 avqust 2018-ci il tarixlərdə Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri üçün təşkil olunacaqdır.



2. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının birgə təşkilatçılığı ilə 2 avqust 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublika Stadionunun idman zalında Bakı şəhərindən dəvət olunmuş “Araz” İdman Klubunun rəhbəri Sivavuş Bayramov tərəfindən Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının idmançılarına texniki-taktiki seminar keçirilmiş və idmançıların kəmər imtahanı olmuşdur. Seminarda 50 nəfər idmançı iştirak etmişdir. Onlardan 21 idmançıya müxtəlif dərəcəli kəmərlər verilmişdir


3.16-19 avqust tarixlərində İran İslam Respublikasının Urmiya şəhərində keçirilən ənənəvi "Urmiya open" beynəlxalq çempionatında Azərbaycan Milli Karate Federasiyasının yiğma komandasının tərkibində Naxcıvan MR Karate-do Federasiyasının təmsilçisi Aslan İsmayılov 16-17 yaş qurupunda 76 kq çəki dərəcəsində 3-cü yerə layiq görülmüşdür.

4. 14 noyabr 2018-ci il tarixdə Ordubad rayon 3 №-li tam orta məktəbin idman zalında Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü münasibətilə qızlardan ibarət “Naxçıvan”, “Ordubad” və “Şərur” komandaları arasında karate-do üzrə yoldaşlıq görüşü keçirilmişdir. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan etmiş və Yeni Azərbaycan Partiyasının yaradılması haqqında idmançılara geniş məlumat verərək onlara qalibiyyət sevinci arzulamışdır. Daha sonra Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyev və Ordubad Rayon Gənclər və İdman İdarəsinin rəisi Əbülfəz Əliyev çıxış edərək bildirmişlərki, yoldaşlıq görüşünün keçirməkdə məqsəd karate-do idman növünü yeniyetmə və gənc qızlar arasında təbliğ etməkdən ibarətdir. Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə 60 qız idmançı iştirak etmişdir. 6 yaş qrupunda 10 çəki dərəcəsi üzrə təşkil edilən görüş beynəlxalq qaydalar əsasında keçirilmişdir. Yekun nəticəyə görə, 6-7 yaş qrupunda Zəhra Əli (-20 kq, Naxçıvan), Ayşən Mehbalılı (+25 kq, Ordubad), 8-9 yaş qrupunda Aminə Novruzzadə (-35 kq, Naxçıvan), Nərgiz İsmayılova (+35 kq, Naxçıvan), 10-11 yaş qrupunda Ayan Məmmədova (-40 kq, Naxçıvan), 12-13 yaş qrupunda Sevgi Məmmədova (-42 kq, Naxçıvan), Ulduz Hümbətzadə (-47 kq, Naxçıvan), 14-15 yaş qrupunda Fatimə Qasımova (+54 kq, Naxçıvan), Səmra Məmmədli (-47 kq, Naxçıvan) və 16-17 yaş qrupunda Gülnur Abdullayeva (+54 kq, Ordubad) bütün görüşləri qalib kimi başa vururaq I yerlərə layiq görülmüşlər. Komanda hesabında isə Naxçıvan komandası I yerə, Ordubad komandası II yerə, Şərur komandası isə III yerə layiq görülmüşdür. Sonda hər yaş qrupunda I, II və III yerləri tutan idmançılara təşkilatçıların diplom və medalları təqdim edilmişdir.




   

Fevral 2020
B.e Ç.a Ç. C.a. C. Ş. B.
     12
3456789
10111213141516
17181920212223
242526272829