2019-cu ildə Naxçıvan MR Karate-do Federasiyası Karate idman növünün Muxtar Respublikada inkişaf etdirilməsi məqsədi ilə aşağıdakı tədbirləri həyata keçirmişdir.

1. Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.

Yığıncaqda çıxış edən federasiyanın sədri Fazil Ələkbərov qeyd edib ki,  muxtar respublikada müxtəlif idman növləri üzrə fəaliyyət göstərən 12 idman federasiyasının hər birinə hərtərəfli dövlət qayğısı göstərilərək, işlərini yüksək səviyyədə qurmaları üçün tam şərait yaradılıb. Karate-do federasiyası bu qayğıdan bəhrələnərək 2018-ci ildə də işini günün tələbləri səviyyəsində qurmağa çalışıb. Karate-do federasiyasının tərkibində hazırda 14 məşqçinin rəhbərliyi altında, 3 klub və 21 karate bölməsi fəaliyyət göstərir. Həmin klublardan 2016-cı ilin əvvəlində yaradılan “Nəqşicahan karate-do qızlar idman klubu”nun fəaliyyəti 2018-ci ildə daha da genişləndirilərək Naxçıvan şəhərində, Şərur və Ordubad rayonlarında əlavə bölmələri açılıb. 2018-ci ildə keçirilən beynəlxalq turnirlərdə qazanılan 2 qızıl, 1 gümüş və 3 bürünc medal qız idmançıların payına düşüb. Bu gün muxtar respublikada karate idman növü ilə məşğul olan 600 nəfərədək uşaq, yeniyetmə və gənclərdən 100 nəfərini qız idmançılar təşkil edir. 

Federasiya ötən il ərzində Karate-do idman növünün inkişaf etdirilməsi və kütləviliyə nail olunması istiqamətində bir sıra işlər görüb. Belə ki, 2018-ci ildə Karate-do Federasiyası tərəfindən muxtar respublikada müxtəlif birinciliklər təşkil olunub və bu yarışlarda yaxşı nəticə göstərən istedadlı idmançılar seçilərək yığma komandanın tərkibinə daxil edilib. Həmçinin idmançıların ölkə səviyyəli və beynəlxalq turnirlərdə iştirakı təmin edilib.

Qeyd edilib ki, ümumilikdə, 2018-ci ildə karate-do idman növü üzrə idmançılar 13 beynəlxalq, 7 ölkə və 10 muxtar respublika birinciliklərində qüvvələrini sınayıblar. 2018-ci il ərzində federasiyanın idmançıları 87 medal qazanıb ki, onlardan 35-i beynəlxalq, 5-i ölkədaxili yarışlarda, 47-si isə muxtar respublikada keçirilən açıq çempionatda əldə olunub. Bundan əlavə avqust ayında Azərbaycan Karate-do Federasiyasının tanınmış məşqçi və müəllimləri muxtar respublikaya dəvət olunaraq, məşqçi-müəllim və idmançılar üçün seminar-treninqlər keçirilib. 

Fazil Ələkbərov rayonlarda federasiyanın bölmələrində görülən işlər barədə məşqçi-müəllimlərin fikirlərini dinləyib və müvafiq tapşırıqlar verib. 

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov çıxış edərək bildirib ki, son iki ildə Naxçıvan karateçiləri respublika və beynəlxalq miqyaslı turnirlərdə  ötən illərlə müqayisədə  daha uğurlu nəticələr əldə edib, 2018-ci il ərzində  ölkə və beynəlxalq səviyyəli yarışlarda 40 medal qazanıblar.   

Sonra Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyev 2018-ci ildə görülən işlər və keçirilən yarışlar barədə ətraflı məlumat verib.

Sonda federasiyanın sədri Fazil Ələkbərov ötən il ölkə vəbeynəlxalq miqyaslı yarışlarda medal qazanan 10 idmançıya qiymətli hədiyyələr təqdim edib.

İclas 2019-cu ildə görüləcək işlərin müzakirəsi ilə yekunlaşıb.


Şəkillərin ardı....


2. Bakı şəhərində 05 və 06 yanvar 2019 - cu il tarixlərində uşaq, yeniyetmə və gənclər arasında karate üzrə klublararası açıq çempionat keçirilib.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş çempionatda idmançılar kata və kumite yarışlarında qüvvələrini sınayıblar. 
Yarışda Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının idmançıları da mübarizə aparıblar.
Rafiq Hüseynli, Elgün Zeynalov, Ağoş Allahverdiyev, Həsən Səfərli və Yaqub Qənbərov bütün rəqiblərini üstələyərək qalib adını qazanıblar. Hüseyn Əlili və Rəhman İsmayılov isə ikinci olublar.
Komanda hesabında isə Karate-do Federasiyasının iki komandası çempionatın bürünc medalını qazanıb.
Sonda qalib idmançılarımız təşkilatçılar tərəfindən diplom, medal və kubokla
mükafatlandırılıblar.
İdmançılarımızı TƏBRİK EDİRİK!!!


Şəkillərin ardı.....

3. 18-20 yanvar tarixlərdə Bakı Əl Oyunları sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş karate üzrə “Arpaçay Open” beynəlxalq turniri keçirilib.

Turnirdə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası idmançıları da mübarizə aparıb. Karateçilərimiz beynəlxalq turnirdə 13 müxtəlif əyyarlı medal qazanıblar.
Belə ki, oğlanlar arasında 18-23 yaş qrupunda Sərcan Məmmədov, 23-25 yaş qrupunda Mircavid Seyidzadə bütün rəqiblərinə qalib gələrək birinci olublar. 16-17 yaş qrupunda Aslan İsmayılov (+76 kiloqram) gümüş, bu yaş qrupunda Murad Ələkbərov isə (-76) bürünc medal qazanıb. Mirpaşa Kərimzadə də 18-23 yaş qrupunda fəxri kürsün üçüncü pilləsinə qalxıb. 
Qızların mübarizəsində isə 8-9 yaş qrupunda Zəhra Məmmədova (+28 kiloqram) hamıdan güclü olub. 6-7 yaş qrupunda Fatimə Bağırzadə (24 kiloqram) və 10-11 yaş qrupunda Ayan Məmmədova (-40 kiloqram) beynəlxalq turnirdə gümüş medal qazanıblar. +28 kiloqram çəki dərəcəsində Aminə Novruzzadə, +30 kiloqram çəki dərəcəsində Özləm Hacıyeva (hər ikisi 8-9 yaş qrupu), -35 kiloqram çəki dərəcəsində Nərgiz İsmayılova və 35 kiloqram çəki dərəcəsində Nərgiz Həsənli (hər ikisi 10-11 yaş qrupu) isə turniri üçüncü pillədə başa vurublar. Özləm Hacıyeva həmçinin kata yarışlarında da üçüncü olub. 
Sonda qalib idmançılarımız təşkilatçılar tərəfindən diplom və medalla təltif olunublar.
İdmançılarımızı TƏBRİK EDİRİK!!!


Şəkillərin ardı.....


4. 11 fevral 2019-cu il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi münasibətilə qız və oğlanlar arasında karate-do üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilmişdir. 

11 fevral 2019-cu il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi münasibətilə qız və oğlanlar arasında karate-do üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilmişdir. Açıq birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı digər 7 rayonun da idmançıları iştirak etmişdir. Tədbirdə çıxış edənlər Muxtar Respublikasının 95 illik yubileyi münasibətilə idmançıları təbrik etmiş və bildirmişlər ki, açıq birinciliyin keçirilməsində məqsəd karate-do idman növünü yeniyetmə və gənclər arasında təbliğ etməkdən ibarətdir. 
Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə 150-yə yaxın idmançı iştirak etmişdir. 7 yaş qrupunda 12 çəki dərəcəsi üzrə təşkil edilən görüş beynəlxalq qaydalar əsasında keçirilmişdir. Yekun nəticəyə görə, qızlar arasında 8-9 yaş qrupunda Zəhra Məmmədova (-35 kq, Naxçıvan), 10-11 yaş qrupunda Nərgiz Həsənli (-35 kq, Naxçıvan), Ayan Məmmədova (-40 kq, Naxçıvan), oğlanlar arasında isə 8-9 yaş qrupunda Həsən Səfərli (-23 kq, Naxçıvan), Elgün Zeynalov (-33 kq, Kəngərli), 10-11 yaş qrupunda Yaqub Qənbərov (-30 kq, Naxçıvan), Yaqub Abdullayev (-38 kq, Babək), 12-13 yaş qrupunda Əli Mehdiyev (-33 kq, Şərur), Məhəmməd Bağırov (-48 kq, Sədərək), 14-15 yaş qrupunda Vüsal Seyidov (-52 kq, Naxçıvan) və 16-17 yaş qrupunda İmran Həsənov (-55 kq, Naxçıvan), Aslan İsmayılov (-61 kq, Naxçıvan) bütün görüşləri qalib kimi başa vururaq I yerlərə layiq görülmüşlər. Sonda hər yaş qrupunda I, II və III yerləri tutan idmançılara təşkilatçıların diplomları təqdim edilmişdir.
İdmançılarımızı TƏBRİK EDİRİK!!!


Şəkillərin ardı.....


5. 14-17 mart 2019-cu il tarixlərdə Bakı şəhər Sərhədçi Olimpiya İdman Kompleksində karate üzrə 10-cu “Bakı Open” beynəlxalq turniri keçirilmişdir.  

Turnirdə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının idmançılarının iştirakı təmin edilmiş, Məmmədova Ayan 10-11 yaş qrupunda +40 kq çəki dərəcəsində kumite üzrə I yerə, Seyidov Vüsal 14 -15 yaş qurupunda komanda tərkibində I yerə, Məmmədova Zəhra 8-9 yaş qrupunda 35 kq çəki dərəcəsində kata üzrə III yerə, kumite üzrə I yerə, Hacıyeva Özləm 8-9 yaş qrupunda kata üzrə II yerə, Novruzzadə Aminə 8-9 yaş qrupunda 35 kq çəki dərəcəsində kumite üzrə II yerə, Kərimzadə Mirpaşa 18-21 yaş qrupunda 75 kq çəki dərəcəsində III yerə, Bünyadov Qələndər 36-45 yaş qrupunda kata və kumite üzrə III yerə, İsmayılov Aslan 16-17 yaş qrupunda +84 kq çəki dərəcəsində III yerə, Ələkbərov Murad 18-21 yaş qrupunda -67 kq çəki dərəcəsində III yerə, Hüseynli Rafiq 6-7 yaş qrupunda +29 kq çəki dərəcəsində kumite üzrə III yerə, Həsənli Nərgiz 8-9 yaş qrupunda +35 kq çəki dərəcəsində kumite üzrə III yerə, Qənbərov Yaqub 8-9 yaş qrupunda -33 kq çəki dərəcəsində III yerə, Hüseynov Qafar 10-11 yaş qrupunda komanda tərkibində III yerə layiq görülmüşlər.
İdmançılarımızı TƏBRİK EDİRİK!!!


Şəkillərin ardı.....


6. 23-24 mart 2019-cu il tarixlərdə Gürcüstan Respublikasının Tiblisi şəhərində 9-cu "Tiblisi Open" beynəlxalq turniri keçirilib.

 Turnirdə Naxçıvan MR Karate-do Federasiyasını 2 idmançı təmsil edib.
İdmançilardan 6-7 yaş qrupunda +28 kq çəki dərəcəsində Hüseynli Rafiq 1-ci, 8-9 yaş qrupunda Qəmbərov Yaqub ş -35 kq çəki dərəcəsində 3-cü yere layiq görülüblər.
İdmançılarımızı TƏBRİK EDİRİK!!!


Şəkillərin ardı.....


7. Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş karate-do üzrə “Heydər Əliyev kuboku” uğrunda keçirilən “Naxçıvan Open” Beynəlxalq turnirinə mayın 5 - də yekun vurulub.

Turnir   iştirakçıları   əvvəlcə   Ümummilli  lider   Heydər   Əliyevin   Naxçıvan şəhərində yerləşən abidəsi önünə gül  dəstələri  qoyub  və  ulu öndərin  xatirəsini dərin ehtiramla yad ediblər.

Turnirdə Naxçıvan Muxtar Respublikasının idmançıları ilə yanaşı, Türkiyə, Rusiya, İran, Ukrayna, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Əfqanıstan, Kuba və Azərbaycanın 350-dən çox 6-13, 14-15, 16-17 və 18-20 yaşlı karate ustası tatami üzərinə çıxıb.
Yekun nəticəyə əsasən, "Naxçıvan" komandası beynəlxalq turnirin qalibi olub. Türkiyə milli komandası ikinci, Bakının "Arpaçay" komandası isə üçüncü olub.
Qalib idmançılara mükafatları Naxçıvan Muxtar Respublikası Karate - do Federasiyasının sədri Fazil Ələkərov, Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov və Azərbaycan Respublikası Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov təqdim edib. Qalib gələn Naxçıvan komandasına isə kuboku Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Şahmat Federasiyasının sədri Seymur Talıbov təqdim edib.

İdmançılarımızı TƏBRİK EDİRİK!!!


Şəkillərin ardı.....


8. 24 iyun 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə İlham Əliyev adına Olimpiya İdman Kompleksində “26 iyun-Silahlı Qüvvələr Günü”nə həsr olunmuş qızlar və oğlanlar arasında karate-do üzrə klublararası açıq çempionata start verilmişdir. 

10 yaş qrupunda 20 çəki dərəcəsi üzrə keçirilən çempionatda 200-ə yaxın oğlan və qız karateçi işitirak edir. Beynəlxalq qaydalar əsasında keçirilən çempionatın final oyunları 25 iyun 2019-cu il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçiriləcəkdir.


Şəkillərin ardı.....


9. 24 iyun 2019-cu il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində start verilən “26 iyun-Silahlı Qüvvələr Günü”nə həsr olunmuş qızlar və oğlanlar arasında karate-do üzrə klublararası açıq çempionat 25 iyun 2019-cu il tarixdə yekunlaşmışdır. 

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəhbərlik etdiyi çempionatda Naxçıvan şəhərinin idmançıları ilə yanaşı digər 7 rayonun da idmançıları iştirak etmişdir. Çempionatın bağlanış mərasimində çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyev “26 iyun-Silahlı Qüvvələr Günü” haqqında idmançılara geniş məlumat vermiş və qalibləri təbrik etmişlər.

Beynəlxalq qaydalar əsasında keçirilən çempionatın yekununa əsasən qızlar arasında 6-7 yaş qrupunda Ləman Bağırova (-20 kq, Naxçıvan), 8-9 yaş qrupunda Özləm Hacıyeva (-27 kq, Naxçıvan), 10-11 yaş qrupunda Zəhra Məmmədova (-35 kq, Naxçıvan), Nərgiz Həsənli (-40 kq, Naxçıvan), 12-13 yaş qrupunda Ayan Məmmədova (-38 kq, Naxçıvan), 14-15 yaş qrupunda Çinarə Cəlalova (54 kq, Naxçıvan), oğlanlar arasında isə 6-7 yaş qrupunda Məhəmməd Quluzadə (-23 kq, Naxçıvan), Rafiq Hüseynli (33 kq, Naxçıvan), 8-9 yaş qrupunda Elgün Zeynalov (-23 kq, Kəngərli), Canər Abbaszadə (-35 kq, Sədərək), 10-11 yaş qrupunda Həbib Əhmədov (-30 kq, Şərur), Qafar Hüseynov (-40 kq, Naxçıvan), 12-13 yaş qrupunda Uğur Əsgərov (-33 kq, Şərur), Məhəmməd Bağırov (-42 kq, Sədərək), 14-15 yaş qrupunda Vüsal Seyidov (52 kq, Naxçıvan), Fəxrəddin Dünyamalıyev (-57 kq, Naxçıvan) bütün görüşləri qalib kimi başa vururaq I yerlərə layiq görülmüşlər. 

Sonda hər yaş qrupunda çəki dərəcələri üzrə I, II və III yerləri tutan idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları, federasiyanın isə medalları təqdim edilmişdir.


Şəkillərin ardı.....


10. Gürcüstan Respublikasının Batumi şəhərində karate üzrə “Batumi Open” beynəlxalq turniri keçirilib. 

6 ölkənin 400 idmançısının mübarizə apardığı turnirdə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının 11 yetirməsi də iştirak edib. İdmançılarımız kata və kumite yarışlarında 8 medal qazanıblar. 14-15 yaş qrupunda tatamiyə 57 kiloqram çəki dərəcəsində çıxan Vüsal Seyidov hər iki növdə qızıl medal qazanıb. 8-9 yaş qrupunda mübarizə aparan Rafiq Hüseynli isə iki çəki dərəcəsində (-38 və +38 kiloqram) bürünc əldə edib. 18-34 yaş qrupunda -60 kiloqram çəki dərəcəsində Sərcan Məmmədov, -75 kiloqram çəki dərəcəsində Mirpaşa Kərimzadə və -84 kiloqram çəki dərəcəsində Aslan İsmayılov üçüncü yerlə kifayətləniblər. Qızlar arasında 10-11 yaş qrupunda mübarizə aparan Nərgiz Həsənli (-40 kiloqram) də eyni uğuru təkrarlayıb.

Sonda qalib idmançılarımız təşkilatçılar tərəfindən mükafatlandırılıblar.

İdmançılarımızı TƏBRİK EDİRİK!!!


Şəkillərin ardı.....


11. 24 iyul 2019-cu il tarixdə Culfa şəhər 3 №-li tam orta məktəbin idman zalında məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədi ilə oğlan və qızlardan ibarət “Culfa”, “Naxçıvan”, “Babək” və “Ordubad” komandaları arasında karate-do üzrə yoldaşlıq görüşü keçirilmişdir. 

Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan etmiş və qeyd etmişdir ki, yoldaşlıq görüşünü keçirməkdə məqsəd məktəblilərin yay tətilinin səmərəli təşkili və karate-do idman növünü yeniyetmə və gənclər arasında təbliğ etməkdən ibarətdir. Sonra isə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyev və Culfa Rayon Gənclər və İdman İdarəsinin rəisi İsmayıl İmanov çıxış edərək idmançılara qalibiyyət sevinci arzulamışlar. Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası, Naxçıvan Şəhər və Culfa Rayon Gənclər və İdman İdarələrinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə 70 oğlan və qız idmançı iştirak etmişdir. 10 yaş qrupunda 20 çəki dərəcəsi üzrə təşkil edilən görüş beynəlxalq qaydalar əsasında keçirilmişdir. Yekun nəticəyə görə, oğlanlar arasında 6-7 yaş qrupunda Məhəmməd Quluzadə (-23 kq, Naxçıvan), Hüseyn Şahgəldiyev (-33 kq, Naxçıvan), 8-9 yaş qrupunda Həsən Səfərli (-23 kq, Naxçıvan), Ziya Məmmədli (-35 kq, Naxçıvan), 10-11 yaş qrupunda Həbib Əhmədov (-30 kq, Naxçıvan), Hüseyn Vəliyev (-40 kq, Naxçıvan), 12-13 yaş qrupunda Qafar Hüseynov (-33 kq, Naxçıvan), Ərtoğrul Əliquliyev (+42 kq, Babək), 14-15 yaş qrupunda Vüsal Seyidov (-52 kq, Naxçıvan), İlkin Mustafazadə (-57 kq, Babək), qızlar arasında isə 6-7 yaş qrupunda Zeynəb Abdullalı (-20 kq, Ordubad), Ləman Bağırova (+25 kq, Naxçıvan), 8-9 yaş qrupunda Özləm Hacıyeva (-27 kq, Naxçıvan), Səma Allahverdiyeva (+35 kq, Babək), 10-11 yaş qrupunda Nərgiz İsmayılova (-35 kq, Naxçıvan), Nərgiz Həsənli (-40 kq, Naxçıvan), 12-13 yaş qrupunda Filiz Cəfərxanlı (-33 kq, Ordubad), Ayan Məmmədova (-38 kq, Naxçıvan), 14-15 yaş qrupunda Rəmidə Abdullayeva (-47 kq, Ordubad), İnci Babayeva (+54 kq, Naxçıvan) bütün görüşləri qalib kimi başa vururaq I yerə layiq görülmüşlər. Komanda hesabında isə Naxçıvan komandası I , Babək komandası II , Ordubad komandası isə III yerə layiq görülmüşdür. Sonda qalib komandalara və hər yaş qrupunda yer tutan idmançılara təşkilatçıların diplom və medalları təqdim edilmişdir.

İdmançılarımızı TƏBRİK EDİRİK!!!


Şəkillərin ardı.....


12. 25 -29 sentyabr 2019-cu il tarixlərdə Azərbaycan Respublikası Milli Karate Federasiyasının təşkilatçılığı ilə Bakı şəhərində yerləşən Sərhədçi İdman Kompleksində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş “Olimpiya ümidləri” adı altında azyaşlılar (6-12 yaş) arasında beynəlxalq turnir keçirilmişdir. 

Həmin yarışda Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasından 20 idmançı, 2 məşqçi müəllim də iştirak etmişdir. İdmançılarımızdan 9-u yarışlarda öz rəqibllərini üstələyərək kürsünün ön pillələrində yer tutmuşlar. Belə ki, Hüseynli Rafiq Anar oğlu 8 yaş qrupunda -33 kq çəki dərəcəsində III yer, 8-9 yaş qrupunda kata üzrə III yer, 9 yaş qrupunda -38 kq çəki dərəcəsində II yer, Novruzzadə Aminə Şəmsi qızı 10 yaş qrupunda -40 kq çəki dərəcəsində I yer, Bağırova Ləman Abdulla qızı 7 yaş qrupunda -20 kq çəki dərəcəsində I yer, Bağırzadə Fatimə Taryel qızı 6 yaş qrupunda -25 kq çəki dərəcəsində II yer, Məmmədov Ayan Zaur qızı 11 yaş qrupunda -40 kq çəki dərəcəsində II yer, Məmmədova Zəhra Zaur qızı 10 yaş qrupunda -35 kq çəki dərəcəsində II yer, 10-11 yaş qrupunda kata üzrə II yer, Hacıyeva Özləm Nicat qızı 10 yaş qrupunda -30 kq çəki dərəcəsində II yer, 9 yaş qrupunda kata üzrə III yer, Həsənli Nərgiz Elmar qızı 11 yaş qrupunda -42 kq çəki dərəcəsində III yer, 10-11 yaş qrupunda kata üzrə III yer, İsmayılova Nərgiz Anar qızı 11 yaş qrupunda -35 kq çəki dərəcəsində III yer, 10-11 yaş qrupunda kata üzrə III yeri tutaraq ümumilikdə 2 qızıl, 6 gümüş, 7 bürünc medalla muxtar respublikamıza geri dönmüşlər.

İdmançılarımızı TƏBRİK EDİRİK!!!


Şəkillərin ardı.....


13. 16 oktyabr 2019-cu il tarixdə Culfa şəhər 3 №-li tam orta məktəbin idman zalında Culfa Rayon Gənclər və İdman İdarəsinin və Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının birgə təşkilatçılığı ilə “18 oktyabr- Milli Müstəqillik Günü”nə həsr edilmiş oğlan və qız yeniyetmə idmançılar arasında karate-do idman növü üzrə Culfa Rayon açıq çempionatı keçirilmişdir. 

Yarış əsasnaməyə uyğun olaraq WKF qaydaları üzrə 6-15 yaş arası uşaq və yeniyetmə idmançılar arasında 20 çəki dərəcəsində keçirilmişdir. Bu çempionatda Culfa rayon komandası ilə yanaşı Naxçıvan şəhər, Şərur, Sədərək, Babək Şahbuz və Ordubad rayonlarından da daxil olmaqla 130-dan çox idmançı iştirak etmişdir. Yarışa başlamazdan öncə Culfa Rayon Gənclər və İdman İdarəsinin rəisi İsmayıl İmanov yarışı açıq elan edərək keçirilən yarışın mahiyətindən, idmana göstərilən diqqət və qayğıdan və idmanın bu növündə əldə edilmiş nailiyyətlərdən yarış iştirakçılarına ətraflı məlumat verərək idmançılara uğurlar arzu etmişdir.Yekunda yer tutan idmançılar təşkilatçılar tərəfindən diplomlarla təltif edilmişlər.

İdmançılarımızı TƏBRİK EDİRİK!!!


Şəkillərin ardı.....


14. 22-24 noyabrda Bakı İdman Sarayında yeniyetmə və gənclər arasında 20-ci respublika birinciliyi, böyüklər arasında isə 27-ci Azərbaycan çempionatı keçirilmişdir. 

Çempionatın keçirilməsində məqsəd ölkəmizdə karatenin kütləviliyinin artırılması, gənc istedadlı idmançıların müəyyənləşdirilərək üzə çıxarılması olmuşdur. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyası və Milli Karate Federasiyasının birgə təşkil etdiyi çempionatda müxtəlif regionlardan 585 uşaq, yeniyetmə, gənc və böyüklər mübarizə aparmışdır. Naxçıvan Muxtar Respublikasını çempionatda karateçimiz İsmayılov Aslan təmsil edərək 18-21 yaş qrupunda +84 kq çəki dərəcəsində II yerin sahibi olmuşdur. 

İdmançımızı təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.



15. 1-2 dekabr 2019-cu il tarixlərdə Araz peşəkar idman klubu və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə karate üzrə klublar arası açıq turnir keçirilmişdir. 

Turnirdə muxtar respublikamızı Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasından 18 idmançı təmsil etmişdir. İdmançılarımızdan 15-i yarışlarda öz rəqiblərini üstələyərək kürsünün ön pillələrində yer tutmuşlar. Belə ki, 6-7 yaş qrupunda 23 kq çəki dərəcəsində Rəhimzadə Duyğu I, 22 kq çəki dərəcəsində Əzizov Əli II, 17 kq çəki dərəcəsində Məmmədov Xəyyam III, 8-9 yaş qrupunda -38kq çəki dərəcəsində Hüseynli Rafiq I, 22 kq çəki dərəcəsində Musayev Ayxan III, 19 kq çəki dərəcəsində Məhərrəmov Ruzi III, 10-11 yaş qrupunda 25 kq çəki dərəcəsində Teymurov Elxan I, 34 kq çəki dərəcəsində Məmmədova Zəhra I, 35 kq çəki dərəcəsində Rəhimov Tunar I, 25 kq çəki dərəcəsində Səfərov Sənan II, 12-13 yaş qrupunda -50 kq çəki dərəcəsində Əliyev Abbas I, 38 kq çəki dərəcəsində Hüseynov Qafar I, 42 kq çəki dərəcəsində Şıxəlili Məhəmməd II, 42 kq çəki dərəcəsində Məmmədova Ayan II, 35 kq çəki dərəcəsində Teymurov Ayxan III tutaraq ümumilikdə 7 qızıl, 4 gümüş, 4 bürünc medalla muxtar respublikamıza geri dönmüşlər. 

İdmançılarımızı TƏBRİK EDİRİK!!!


Şəkillərin ardı.....


16. Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri Fazil Ələkbərov Dünya Şotokan Federasiyasının birinci vitse-prezidenti seçilib.

Dünya Şotokan Federasiyasının prezidenti Esat Delihasanın rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Naxçıvan Muxtar Respublikasında səfərdə olublar. Səfər çərçivəsində əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyulub, ulu öndərin xatirəsi dərin ehtiramla yad edilib. Qonaqlar Heydər Əliyev Muzeyini ziyarət edərək ümummilli liderimizin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar.

Sonra qonaqlar Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində yaradılan şəraitlə tanış olub, karateçilərin hazırladığı nümunəvi çıxışları izləyiblər.

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasında keçirilən görüşdə qonaqları salamlayan federasiya sədri Fazil Ələkbərov Dünya Şotokan Federasiyasının və Azərbaycan Milli Karate Federasiyasının fəaliyyətinin muxtar respublikamızda da karate idman növünə marağın artmasında mühüm rol oynamasından danışıb.

Naxçıvan Muxtar Respublikasında olmaqdan qürur duyduğunu dilə gətirən Dünya Şotokan Federasiyasının və Türkiyə Cümhuriyyəti Karate Federasiyasının prezidenti Esat Delihasan dəvətə görə Karate-do Federasiyasının sədrinə minnətdarlığını bildirib. Vurğulayıb ki, bu gün Azərbaycanda, eləcə də onun Naxçıvan Muxtar Respublikasında karatenin inkişafı üçün hərtərəfli şəraitin yaradıldığının bir daha şahidi olduq. 

Müasir idman zallarının, komplekslərin olması və idmançıların bunlardan səmərəli istifadəsi nəticəsində bu gün Naxçıvan karateçiləri iştirak etdikləri beynəlxalq yarışlarda uğurla mübarizə aparır, mükafatlar qazanırlar.

Keçirilən görüşə görə minnətdarlığını bildirən Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov çıxışında ulu öndər Heydər Əliyevin idman siyasətindən və bu gün ölkəmizdə bu sahəyə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikasında digər idman sahələri ilə yanaşı, karate idman növü də sürətlə inkişaf edir. Bunun nəticəsidir ki, naxçıvanlı idmançılar keçirilən bütün yarışlarda uğur qazanırlar.
Karate idman növünün olimpiya oyunlarına salınmasının və belə mötəbər yarışda karateçilərimizin iştirakının qürurverici olduğunu vurğulayan federasiya prezidenti buna ciddi hazırlıq işləri getməsindən də danışıb, dəstəyə görə federasiyanın sədri Fazil Ələkbərova minnətdarlığını bildirib.

Sonda Karate-do Federasiyasının sədri Fazil Ələkbərov çıxış edərək bildirib ki, hər il beynəlxalq tədbirlərin keçirilməsi, əcnəbi idmançıların diyarımıza gəlməsi artıq ənənə halını alıb. Bu, muxtar respublika rəhbərinin idmana, idmançılarımıza göstərdiyi qayğının nəticəsidir. Federasiya sədri dəvəti qəbul edib, muxtar respublikaya gəldiklərinə, görüşdə iştirak etdiklərinə görə qonaqlara təşəkkürünü bildirib.
Dünya Şotokan Federasiyasının prezidenti və idarə heyətinin qərarına əsasən Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri Fazil Ələkbərov Dünya Şotokan Federasiyasının birinci vitse-prezidenti seçilib.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun idmanın inkişafına göstərdiyi diqqət və qayğıya görə təltif olunduğu xüsusi hazırlanmış medal və fəxri diplom Naxçıvan Muxtar Respublikasının Karate-do Federasiyasının sədrinə təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri Fazil Ələkbərov Dünya Şotokan Federasiyası, Azərbaycan Milli Karate Federasiyası və Gürcüstan Respublikası Karate Federasiyası tərəfindən fəxri diplom və hədiyyələrlə təltif olunub. Eyni zamanda Fazil Ələkbərova Dünya Şotokan Federasiyasının və Azərbaycan Milli Karate Federasiyasının 6-cı Dan dərəcəsi təqdim edilib.


Şəkillərin ardı.....


17. 6-8 dekabr 2019-cu il tarixlərdə Bakı şəhərində Azərbaycan Karate Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə karate idman növü üzrə “Azərbaycan Open” 1-ci beynəlxalq çempionatı keçirilmişdir. 

Çempionatda İran, İraq, İtaliya, Moldoviya, Makedoniya, İsrail, Belarusiya, Qazaxıstan, Rusiya, Gürcüstan və Azərbaycan komandalarından 400 idmançı iştirak etmişdir. Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasından 10 idmançı da bu çempionata qatılaraq yarışlarda iştirak etmiş və 8 idmançı rəqiblərini üstələyərək qaliblər sırasına adlarını yazdırmışlar. Belə ki, Hüseynli Rafiq Anar oğlu 35 kq çəki dərəcəsində 1 qızıl, 2 gümüş, İsmayılov Aslan Loğman oğlu 84 kq çəki dərəcəsində 1 gümüş, 1 bürünc, Məmmədov Sərcan Əfqan oğlu 60 kq çəki dərəcsində 2 gümüş, Qasımov Rəşad Rövşən oğlu 55 kq çəki dərəcəsində 1 qızıl, 2 gümüş, Hüseynov Qafar Cəmil oğlu 32 kq çəki dərəcəsində 1 gümüş, Məmmədova Zəhra Zaur qızı 31 kq çəki dərəcəsində 1 gümüş, Məmmədova Ayan Zaur qızı 41 kq çəki dərəcəsində 1 gümüş, Əliyev Abbas Akif oğlu 48 kq çəki dərəcəsində 1 gümüş medalla vətənə qayıtmışlar. 

İdmançılarımızı TƏBRİK EDİRİK!!!


Şəkillərin ardı.....


   

Fevral 2020
B.e Ç.a Ç. C.a. C. Ş. B.
     12
3456789
10111213141516
17181920212223
242526272829