2020-ci ildə Naxçıvan MR Karate-do Federasiyası Karate idman növünün Muxtar Respublikada inkişaf etdirilməsi məqsədi ilə aşağıdakı tədbirləri həyata keçirmişdir.


1. 17-19 yanvar 2020-ci il tarixlərdə Bakı İdman Sarayında “Arpaçay Karate Klubu” və Azərbaycan Milli Karate Federasiyasının birgə təşkilatçılığı ilə uşaq, yeniyetmə və gənclər arasında 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş karate üzrə beynəlxalq turnir keçirilmişdir. 

Sayca 5-ci dəfədir keçirilən turnirdə 13 ölkədən (Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Gürcüstan, İran, İsrail, Özbəkistan, Qazaxıstan, Ukrayna, Çexiya, Küveyt, Mərakeş) 900-dən artıq idmançı öz qüvvəsini sınamışlar. Yarışı 5 ölkədən 22 beynəlxalq hakim idarə edib. Turnirdə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası 15 idmançı, 1 məşqçi ilə muxtar respublikanı təmsil etmiş və 12 medalla geri dönmüşlər. Belə ki, Novruzzadə Aminə 10-11 yaş qrupunda -45 kq çəki dərəcəsində I, -40 kq çəki dərəcəsində III, Həsənli Nərgiz 10-11 yaş qrupunda -45 kq çəki dərəcəsində II, Qasımov Rəşad 16-17 yaş qrupunda -55 kq çəki dərəcəsində III, Cəlalova Çinarə 16-17 yaş qrupunda +59 kq çəki dərəcəsində III yerin sahibi olmuşlar. Komanda hesabında 9-11 yaş qrupunda Abbaszadə Canər, Qənbərov Yaqub, 12-14 yaş qrupunda Hüseynov Qafar, Bağırov Məhəmməd, Əliyev Abbas, 15-17 yaş qrupunda Seyidov Vüsal və Qasımov Rəşad III yerin sahibi olmuşlar. 

İdmançılarımızı TƏBRİK EDİRİK!!!


Şəkillərin ardı.....


2. 26 yanvar 2020-ci ildə Azərbaycan Karate Federasiyaları Assosiasiyası tərəfindən 2019-cu il ərzində yüksək nəticə göstərən idmançıların mükafatlandırılması mərasimi keçirilmişdir. 

Mükafatlanma mərasimində iki nəfər Naxçıvanlı idmançı –Seyidov Vüsal və Hüseynli Rafiq də mükafat alanlar sırasında öz yerini alıb. Hər iki idmançını təbrik edir, 2020-ci ildə daha böyük uğurlar arzulayırıq.

Şəkillərin ardı.....


3. Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı yığıncaq olub.

Tədbiri giriş sözü ilə açan federasiyanın sədri Fazil Ələkbərov yığıncağın gündəliyində duran məsələlərlə bağlı məlumat verib.
Sonra Federasiyanın sədr müavini Nəriman Quliyevin 2019-cu ildə görülən işlər və keçirilən yarışlar barədə hesabat çıxışı dinlənilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi altında muxtar respublikamızda da idman və idmançılara dövlət qayğısı ən yüksək səviyyədədir. Muxtar respublikamızın bütün rayon və şəhərlərini əhatə edən müasir idman infrastrukturu fonunda, gənc və yeniyetmələrin idmanın müxtəlif növlərinə marağı günü-gündən artmaqdadır. Bu məqsədlə, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi muxtar respublika ərazisində yaradılan bütün idman federasiyaları ilə birgə fəaliyyət göstərir və bu sahədə dövlət siyasətinin tənzimləməsini həyata keçirir.
Azad Cabbarov vurğulayıb ki, Gənclər və İdman Nazirliyi 2019-cu il ərzində öz işini təsdiq olunmuş iş planına və verilmiş tapşırıqlara əsasən qurub. Belə ki, Nazirlik kütləvi bədən tərbiyəsi və idman sahəsi üzrə 386 tədbir keçirib ki, bunlardan 5-i beynəlxalq, 2-si ölkə, 92-si muxtar respublika, 287-si isə rayon, şəhər miqyaslı tədbirlər və yoldaşlıq görüşləri olub. Eyni zamanda Naxçıvan idmançıları respublika səviyyəli yarışlarda 179, beynəlxalq miqyaslı turnirlərdə 165, dünya səviyyəli yarışlarda 5, Avropa çempionatlarında 20 olmaqla, ümumilikdə muxtar respublikadan kənar yarışlarda 369 medal qazanıblar. Bütün bunlar Naxçıvanda idman siyasətinin düşünülmüş şəkildə aparılmasının bariz nümunəsidir.
Nazir qeyd edib ki, muxtar respublikada uğurla fəaliyyət göstərən idman federasiyalarından biri də 2002-ci ildə yaradılan Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasıdır. Hazırda Naxçıvanda 20 bölmədə 600-ə yaxın idmançı karate-do idman növü ilə məşğul olur. Nazirlik Federasiya ilə birgə idmanın bu növünü inkişaf etdirilməsi və kütləviliyinin təmin edilməsi məqsədi ilə çoxsaylı tədbirlər həyata keçirib. Belə ki, ötən il ərzində karate-do üzrə 2 muxtar respublika çempionatı, 3 rayon açıq birincilikləri, 1 beynəlxalq turnir keçirilib, federasiya idmançılarının asudə vaxtlarının səmərəli təşkili məqsədilə onların muxtar respublikada fəaliyyət göstərən muzeylərə gəzintiləri və “Ağbulaq İstirahət Mərkəzi”ndə “Yay Məktəbləri” təşkil olunub.
Azad Cabbarov çıxışının sonunda bildirib ki, həyata keçirilmiş tədbirlər Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Karate-do Federasiyasının birgə və məqsədyönlü fəaliyyətinin nəticəsidir. Federasiyanın sədri Fazil Ələkbərov çıxışında vurğulayıb ki, muxtar respublikada uğurla davam etdirilən ümummilli lider Heydər Əliyev siyasi kursunun məntiqi nəticəsi olaraq, bütün sahələr kimi idman sahəsi də hərtərəfli dövlət qayğısı ilə əhatə olunaraq yüksək inkişaf mərhələsi keçmişdir. Son 25 il ərzində muxtar respublikanın əksər yaşayış məntəqələrində müasir idman infrastrukturu yaradılaraq uşaqların, eləcə də yeniyetmə və gənclərin idmana cəlbi istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Bu konteksdə insan amilinə göstərilən ali diqqət və qayğının nəticəsidir ki, muxtar respublikanın ən ucqar kəndlərində belə məktəblərin daxilində müasir idman zalları və açıq idman meydançaları tikilərək yeniyetmə və gənclərin istifadəsinə verilmişdir. Onların asudə vaxtlarının səmərəli təşkili, düzgün həyat tərzinə yönləndirilərək zərərli vərdişlərdən uzaq tutulması, həmçinin istedadlı gənclərin üzə çıxarılması sahəsində ardıcıl tədbirlər görülmüşdür. İdmançılarımız da öz növbələrində yaradılan şəraitdən səmərəli istifadə edərək beynəlxalq səviyyəli yarışlarda muxtar respublikamızı uğurla təmsil edirlər.
Fazil Ələkbərov qeyd edib ki, muxtar respublikada müxtəlif idman növləri üzrə fəaliyyət göstərən idman federasiyalarına hərtərəfli dövlət qayğısı göstərilərək, işlərini yüksək səviyyədə qurmaları üçün lazımi şərait yaradılmışdır. Karate-do Federasiyası bu qayğıdan bəhrələnərək 2019-cu ildə də işini günün tələbləri səviyyəsində qurmağa çalışmışdır. Hazırda 14 məşqçinin rəhbərliyi altında, 3 klub və 20 karate bölməsi fəaliyyət göstərir ki, onlardan 6-sı Naxçıvan şəhərində, 4-ü Şərur rayonunda, 3-ü Ordubad rayonunda, 2-si Babək rayonunda, 2-si Sədərək rayonunda, 1-i Culfa, 1-i Şahbuz, 1-i isə Kəngərli rayonlarında yerləşir. 2016-cı ildə yaradılan “Nəqşicahan karate-do qızlar idman klubu”nun da fəaliyyəti genişləndirilərək ötən il Naxçıvan şəhərində daha bir bölmə açılmışdır. Hazırda 2-si Naxçıvan şəhərində, 1-i Şərur rayonunda, 1-i isə Ordubad rayonunda olmaqla ümumilikdə 4 qız bölməsi fəaliyyət göstərir. 2019-cu ildə keçirilən beynəlxalq turnirlərdə qazanılan 7 qızıl, 12 gümüş və 12 bürünc medal qız idmançıların payına düşür. Bu gün muxtar respublikada karate idman növü ilə məşğul olan 600 nəfərədək uşaq, yeniyetmə və gənclərdən 100 nəfərdən çoxu qız idmançılardır.
Diqqətə çatdırılıb ki, federasiya ötən il ərzində karate-do idman növünün inkişaf etdirilməsi və kütləviliyə nail olunması istiqamətində fəaliyyətini daha effektiv təşkil edərək, muxtar respublikanın şəhər və rayonlarında 12 yarış, o cümlədən 1 beynəlxalq turnir keçirmişdir. Bu yarışlarda yaxşı nəticə göstərən 4 nəfər istedadlı idmançı seçilərək yığma komandanın tərkibinə daxil edilmişdir. Hazırda yığma komandanın tərkibində 20 idmançı davamlı olaraq məşq keçir. Federasiyanın idmançıları ötən il ərzində Türkiyə Respublikasının İstanbul və Rize şəhərlərində, Rusiya Federasiyasının Moskva şəhərində, Ukrayna Respublikasının Xarkov şəhərində, İran İslam Respublikasının Urmiya və Astara şəhərlərində, Gürcüstan Respublikasının Tbilisi və Batumi şəhərlərində keçirilən beynəlxalq turnirlərdə, həmçinin Rumıniyanın Buxarest şəhərində keçirilən Dünya çempionatında, eləcə də Makedoniya Respublikasının Skopya şəhərində keçirilən Avropa çempionatında iştirak edərək uğurlu nəticələr əldə etmişlər. Bundan əlavə karateçilərimiz Bakı şəhərində təşkil olunmuş beynəlxalq turnirlərdə, eləcə də açıq çempionatlarda iştirak etmişlər. Ümumilikdə 2019-cu ildə Karate-do idman növü üzrə idmançılar 1 dünya, 1 avropa və 14 beynəlxalq çempionatlarda, 5 ölkədaxili yarışda və 12 muxtar respublika birinciliklərində qüvvələrini sınamışlar. Bundan əlavə il ərzində 2 dəfə tanınmış məşqçi və müəllimlərin iştirakı ilə seminar-treninqlər keçirilmiş, 142 nəfər idmançı kəmər imtahanlarına qatılmışdır. Onlardan 85 nəfəri küy dərəcələrinə, 1 nəfəri isə birinci dan qara kəmərə layiq görülmüşdür.
Karate-do Federasiyasının sədri bildirib ki, idmançılarımız 2019-cu il ərzində keçirilən yarışlarda 172 medal qazanmışdır. Onlardan 2-si Dünya çempionatında, 18-i Avropa çempionatında, 122-si beynəlxalq turnirlərdə, 30-u isə ölkədaxili yarışlarda əldə olunmuşdur. Təkcə dünya və avropa çempionatlarında, o cümlədən beynəlxalq turnirlərdə 31 qızıl, 44 gümüş, 67 bürünc medal qazanılmışdır. İdmançılara göstərilən diqqət və qayğının bariz nümunəsi kimi, federasiyanın idmançısı Hüseynli Rafiq Anar oğlunun dünya çempionu adını qazandığına görə Ali Məclisin Sədri tərəfindən qiymətləndirilərək adının gənc istedadların “Qızıl kitabı”na salınması və xüsusi aylıq təqaüdə layiq görülməsi xüsusi olaraq qeyd edilməlidir. Bundan əlavə federasiyanın digər idmançısı Seyidov Vüsal Mirşahin oğlunun Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən ilin ən gənc idmançısı seçilməsi də idmançılara verilən ali qiymətin nəticəsidir.
Federasiya sədri yaradılan şəraitə görə federasiyanın məşqçi və id­mançıları adından muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.
Vurğulanıb ki, Karate-do Federasiyası idmanın inkişafının sağlam gəncliyin formalaşmasında vacib rolunu əsas tutaraq, bundan sonra da qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində əzmlə çalışacaq, istedadlı idmançıların yetişdirilməsində səy və bacarığını əsirgəməyəcəkdir.
Fazil Ələkbərov şəhər və rayonlarda federasiyanın bölmələrində görülən işlər barədə məşqçi-müəllimlərin fikirlərini dinləyib, onların fəaliyyətlərinin genişləndirilməsi üçün müvafiq tapşırıqlar vermişdir.
Yığıncaqda federasiyanın 2020-ci il üçün hazırlanan qərar layihəsi oxunub və təsdiq olunub.
Sonra Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının il ərzində fərqlənən idmançıları mükafatlandırılıb.


Şəkillərin ardı.....


4. 23 fevral 2020-ci il tarixdə Ordubad rayon Dəstə kənd tam orta məktəbin idman zalında Karate-do idman növü üzrə oğlanlar və qızlar arasında Ordubad rayon açıq birinciliyi keçirilmişdir. 

Açılış mərasimində Ordubad Rayon Gənclər və İdman İdarəsinin rəisi Hacı Sadıqov və Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyev çıxış edərək keçirilən yarışın mahiyətindən, idmana göstərilən diqqət və qayğıdan və idmanın bu növündə əldə edilmiş nailiyyətlərdən yarış iştirakçılarına ətraflı məlumat verərək idmançılara uğurlar və qalibiyyət sevinci arzulamışlar. Ordubad Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən görüşdə 160-dan çox idmançı iştirak etmişdir. 10 yaş qrupunda 20 çəki dərəcəsi üzrə təşkil edilən görüş beynəlxalq qaydalar əsasında keçirilmişdir. Yekun nəticəyə görə oğlanlar arasında 6-7 yaş qrupunda Oruclu Coşqun (-22 kq), Quliyev Əli (-25 kq), Qəmbərov Kənan (+28 kq), 8-9 yaş qrupunda Musayev Ayxan (-29 kq), Seyidli Ziya (+30 kq), Hüseyinli Rafiq (-34 kq), 10-11 yaş qrupunda Zeynalov Elgün (-37 kq), Rzayev Rasim (-45 kq), 12-13 yaş qrupunda Hüseynov Qafar (-45 kq), Rəhimov Tunar (-48 kq), 14-15 yaş qrupunda Səfərov Xəzri (-52 kq), qızlar arasında isə 6-7 yaş qrupunda Bağırova Ləman (-20 kq), Rəhimzadə Duyğu (-25 kq), 8-9 yaş qrupunda Dosiyeva Nuray (-27 kq),10-11 yaş qrupunda İsmayılova Nərgiz (-35 kq), Novruzzadə Aminə (-40 kq), 12-13 yaş qrupunda Hümbətzadə Sübhanə (-38 kq), Mehdiyeva İnci (-46) 14-15 yaş qrupunda Bədəlova Fatimə (-47 kq) bütün görüşləri qalib kimi başa vururaq I yerlərə layiq görülmüşlər. Sonda hər yaş qrupunda yer tutan idmançılara təşkilatçıların diplomları təqdim olunmuşdur.

İdmançılarımızı TƏBRİK EDİRİK!!!


Şəkillərin ardı.....


5.  Naxçıvan şəhərindəki “Saat meydanı” turistik istirahət mərkəzində 5 Mart-Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş "İdman festivalı" keçirilib.

Festival iştirakçıları ulu öndərimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, Heydər Əliyev Muzeyi ilə tanış olub, xatirə şəkli çəkdiriblər.
Festival başlamazdan əvvəl “Saat meydanı” turistik istirahət mərkəzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman federasiyalarının veteran məşqçi-müəllimləri təşkilatçılar tərəfindən qiymətli hədiyyələrlə təltif olunublar. Hədiyyələri Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, komitənin baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov, Gənclər və İdman naziri Azad Cabbarov, Güləş Federasiyasının sədri Azər Zeynalov və Karate-do Federasiyasının sədri Fazil Ələkbərov təqdim ediblər.
Festivalda muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının üzv və idmançıları, idman mütəxəssisləri iştirak ediblər. Həmçinin tədbirdə federasiyaların, Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəblərinin, Naxçıvan Dövlət Universitetinin idman klubu və idman fakültəsinin, Şərur rayon Ağır Atletika Bölməsi və “Xatun” Bədii Gimnastika İdman Klubunun nailiyyətləri nümayiş etdirilib. Eyni zamanda, federasiyaların idmançılarının hazırladıqları nümunəvi çıxışlar və stendlər də qonaqlar tərəfindən maraqla izlənilib. Qonaqlar həmçinin Naxçıvanın istedadlı idmançıları ilə söhbət edib, onların fikirlərini dinləyiblər.
Sonra festivalın rəsmi hissəsi başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Muxtar respublikada yaradılan şərait gənclərin idmana olan marağını artırıb, istedadlı idmançıların yetişməsi təmin olunub. Muxtar respublikada 2 Olimpiya İdman Kompleksi, 2 Üzgüçülük Mərkəzi, Şahmat Mərkəzi, Atıcılıq Mərkəzi, rayon mərkəzlərində şahmat məktəbləri, uşaq-gənclər idman məktəbləri, stadion və süni örtüklü mini futbol meydançaları, tam orta məktəblərdə müasir idman zalları, olimpiya ağırlıqqaldırma qurğuları və sadə tipli idman avadanlıqları mövcuddur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi də bu sahədə görülən işlərin əhatə dairəsini xeyli genişləndirib. Dövlət Proqramına uyğun olaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının birgə təşkilatçılığı ilə “5 Mart-Bədən Tərbiyəsi və İdman Günü”nə həsr edilmiş idman festivalı təşkil olunub.
5 Mart-Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bütün idman ictimaiyyətini təbrik edən Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov çıxışında vurğulayıb ki, bu il festivalın məhz Naxçıvanda keçirilməsi təsadüfi deyil. Azərbaycan idmanının böyük himayədarı ümummilli liderimiz Heydər Əliyev 90-cı illərdə ölkəmizin çətin günlərində xalqın tələbi ilə Naxçıvandan Bakıya gələrək respublikamızda siyasi sabitliyi təmin edib. İdmana xüsusi qayğını 1995-ci ildə idmançı və məşqçilərlə görüşdə öz üzərinə götürən ulu öndərimiz gözəl ənənənin əsasını qoyub. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev də məhz həmin ənənəni uğurla davam etdirir.
Azad Rəhimov qeyd edib ki, Azərbaycan idmanının ilbəil inkişafı hər birimizi sevindirir. Ulu öndərimizin idman ictimaiyyəti nümayəndələri ilə ilk görüşündən keçən 25 il ərzində Azərbaycan idmançıları Avropa və dünya çempionatlarında, kubok yarışlarında, nüfuzlu beynəlxlaq yarışlarda 11 min 346 medal qazanıblar. Bunlardan 4081 qızıl, 3254 gümüş və 4008 bürünc olub. Bu müddət ərzində Azərbaycan 6 Yay Olimpiya oyunlarında təmsil olunub. Bu oyunlarda 7 idmançımız olimpiya çempionu adını qazanıb. 34 idmançımız isə olimpiya oyunlarının gümüş və bürünc medallarına layiq görülüblər.
Sonra Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Hikmət Hüseynov, Nazim Əliyev, Hüseyn Əliyev “Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi”, Azər Qənbərov “Azərbaycan Respublikasının əməkdar məşqçisi”, Əmrah Nağıyev, Humay Cəfərova “Azərbaycan Respublikasının İdman ustası” fəxri adları, Rasim İsgəndərov, Elvin Əliquliyev və Nizami Bağırov isə “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin fəxri diplomu” ilə təltif olunublar.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə tədbirdə çıxış edərək Azərbaycanda idmanın inkişafının getdikcə geniş vüsət aldığını, yeni-yeni uğurların əldə olunduğunu bildirib. Vitse-prezident qeyd edib ki, müstəqilliyin bərpasından sonra Azərbaycan idmançıları müxtəlif səviyyəli beynəlxalq yarışlarda minlərlə medal qazanıblar. Son illər Azərbaycan mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi edir. Bu, Azərbaycanda uğurla reallaşdırılan dövlət idman siyasətinin sayəsində mümkün olub. Beynəlxalq tədbirlərin Azərbaycanda yüksək səviyyədə keçirilməsi üçün ölkəmizdə hər cür şərait var. Bütün bu uğurlar və Azərbaycanda keçirilən tədbirlər ölkəmizdə idmanın kütləviliyinin artmasına, gəncliyin sağlam ruhda yetişməsinə kömək edir.
Tədbirin bədii hissəsində "Naxçıvan idmanının tarixi” mövzüsunda film nümayiş etdirilib. Naxçıvan Dövlət Filarmoniyasının, Bakı şəhərindən dəvət olunan müğənnilərin və Azərbaycan Respublikasının Xalq artisti Aygün Kazımovanın ifasında rəngarəng musiqilər tamaşaçılarda xoş ovqat yaradıb.



Şəkillərin ardı.....


6.  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 9-da Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Sərəncam imzalayıb.

Naxçıvan Muxtar Respublikasında idmana və idmançılara göstərilən diqqət və qayğı nəticəsində bu gün muxtar respublika idmançıları dünyanın hər yerində idman yarışlarında öz sözünü deməyə qadirdir. İdmanın inkişafı naminə yaradılan şəraitin nəticəsidir ki, yeni idmançılar nəsli yetişir və onlar muxtar respublikamızı istər ölkə səviyyəli birinciliklərdə, istər beynəlxalq yarışlarda, istərsə də dünya səviyyəli yarışlarda layiqincə təmsil edir və qalibiyyət sevinci ilə geri dönürlər. Bu cür idmançılarımızdan biri də Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının yetirməsi Seyidov Vüsal Şahin oğludur. Vüsal 30 oktyabr 2004-cü ildə Babək rayon Vayxır kəndində anadan olmuşdur. O, 2016-cı ildə İran İslam Respublikasının Astara şəhərində keçirilən dostluq görüşündə I, 2017-ci ildə Bakı İdman Sarayında keçirilən 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olumuş klublararası turnirdə III, Türkiyənin Ərzurum şəhərində keçirilən Beynəlxalq turnirdə III, Qara və Xəzər dənizi ətrafı ölkələri arasında keçirilən Beynəlxalq turnirdə III, 2018-ci ildə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olumuş Beynəlxalq turnirdə I, Beynəlxalq idman Olimpiadasında I, 26 fevral Xocalı Faciəsinə həsr olunmuş Kumite, Kata növləri üzrə açıq turnirdə I, Bakı şəhərində keçirilən Qaradəniz və Xəzəryanı ölkələrarası beynəlxalq turnirdə II, ”Arpaçay Open” beynəlxalq turnirində I, 2019-cu ildə İran İslam Respublikasının Astara şəhərində keçirilən karate üzrə IV Beynəlxalq turnirində II, Bakı Open-2019 Beynəlxalq karate turnirində I, ümumilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş karate-do üzrə “Naxçıvan Open” Beynəlxalq turnirində I, “Batumi Open” Beynəlxlaq karate turnirində (kata və kumite üzrə) I, Qaradəniz və Xəzəryanı ölkələrin beynəlxlaq turnirində II, Karate üzrə XI Avropa çempionatında I, 2020-ci il ərzində 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş uşaq, yeniyetmə və gənclər arasında keçirilən karate üzrə beynəlxalq turnirində III yerlərin sahibi olmuş, dəfələrlə muxtar respublika səviyəli yarışlarda qalib adını qazanmışdır.
Bu gün isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Sərəncamı ilə Seyidov Vüsal idman sahəsi üzrə adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşdür. Bu münasibətlə Vüsalı təbrik edir, ona hər zaman qalibiyyət sevinci yaşamağı və yaşatmağı arzulayırıq.




7. 25 sentyabr 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarınn üzvləri arasında peyntbol üzrə birincilik keçirilmişdir.

Birinciliyin keçirilməsində məqsəd şəhər və rayonlarda bədən tərbiyəsi və idman kollektivlərində peyntbol idman növünün gənclər arasında təbliğ edilməsi və bu idman növünün kütləviliyinə nail olunması, federasiyalar arasında dostluq əlaqələrinin gücləndirilməsi, ən yaxşı atıcıların müəyyən edilməsi, idmançıların vətənpərvərlik ruhunda tərbiyə edilməsi olmuşdur. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 60 idmançı iştirak etmişdir. Birinciliyin yekun nəticəsinə əsasən Atıcılıq Federasiyasının komandası bütün rəqiblərini üstələyərək yarışın qalibi olmuşdur. Karate-do və Voleybol Federasiyalarının komandaları isə II və III pillələrin sahibi olmuşlar. Sonda qalib komandalara təşkilatçılar tərəfindən diplom və hədiyələr təqdim olunmuşdur.


Şəkillərin ardı.....


   

May 2021
B.e Ç.a Ç. C.a. C. Ş. B.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31