1. 22 yanvar 2021-ci il tarixdə Naxçıvan Muxtar  Respublikası Karate-do Federasiyasının bir qrup idmançı və məşqçisi ədəbiyyat muzeyinə ekskursiya etmişdir.


2. Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı yığıncaq olub.
Tədbiri giriş sözü ilə açan federasiyanın sədri Fazil Ələkbərov yığıncağın gündəliyində duran məsələlərlə bağlı məlumat verib.
Sonra federasiyanın sədr müavini Nəriman Quliyevin 2020-ci ildə görülən işlər və keçirilən yarışlar barədə hesabatı dinlənilib.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov Ali Məclis Sədrinin rəhbərliyi altında muxtar respublikamızda aparılan uğurlu idman siyasətindən danışıb. Vurğulanıb ki, Gənclər və İdman Nazirliyi 2020-cu il ərzində kütləvi bədən tərbiyəsi və idman sahəsi üzrə 143 tədbir keçirib. Eyni zamanda Naxçıvan idmançıları respublika səviyyəli yarışlarda 20, beynəlxalq miqyaslı turnirlərdə 17 olmaqla, ümumilikdə muxtar respublikadan kənar yarışlarda 37 medal qazanıblar. 
Diqqətə çatdırılıb ki, “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisində 1 fevral  2020-ci il tarixdə keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman federasiyalarına bir sıra tapşırıqlar verilib. 14 fevral 2020-ci il tarixdə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Sərəncam imzalanıb. Nazirlik və federasiyalar 2020-ci  ildə öz işlərini verilmiş tapşırıqlara və “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrasına əsasən qurub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi  muxtar respublikamızda 2002-ci ildə yaradılan Karate-do Federasiyası ilə  birgə  idmanın bu sahəsi üzrə kütləviliyin təmin edilməsi məqsədi ilə birsıra tədbirlər həyata keçirmişdir. Ötən il federasiya idmançıları beynəlxalq miqyaslı turnirlərdən 14 medal qazanıblar. Hal-hazırda Karate-do Federasiyasında muxtar respublikamızın şəhər və rayonlarını əhatə etməklə, ötən il ərzində 607 idmançı, 27 fərqli qrupda idmanın bu növü üzrə keçirilmiş hazırlıqlarda, təlim-məşq proseslərində iştirak ediblər.
Karate-do Federasiyasının sədri Fazil Ələkbərov çıxışında vurğulayıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş idman və gənclər siyasəti, ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında müasir dövrün reallıqları nəzərə alınmaqla uğurla davam etdirilir. Muxtar respublikada idmanın kütləviliyinə nail olunması, xüsusilə uşaq və gənclərin idmana cəlbi istiqamətində görülən ardıcıl tədbirlər nəticəsində müasir idman infrastrukturu yaradılaraq, maddi-texniki bazanın gücləndirilməsi və idmanın hərtərəfli inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilir. İnsan amilinə göstərilən ali diqqət və qayğının nəticəsidir ki, muxtar respublikanın ən ucqar kəndlərində belə məktəblərin daxilində müasir idman zalları və açıq idman meydançaları tikilərək yeniyetmə və gənclərin istifadəsinə verilir. Onların asudə vaxtlarının səmərəli təşkili, düzgün həyat tərzinə yönləndirilərək zərərli vərdişlərdən uzaq tutulması, həmçinin istedadlı gənclərin üzə çıxarılması sahəsində ardıcıl tədbirlər həyata keçirilir. İdmanın inkişafına göstərilən dövlət qayğısının davamlılığını təmin etmək üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilib.
Qeyd edilib ki, bu konteksdə muxtar respublikada fəaliyyət göstərən 12 idman federasiyasının hər birinə yüksək dövlət qayğısı göstərilərək, işlərini günün tələbləri səviyyəsində qurmaları üçün hərtərəfli şərait yaradılıb. 2002-ci ildən muxtar respublikada fəaliyyət göstərən Karate-do Federasiyasının tərkibində hazırda 14 məşqçinin rəhbərliyi altında, 3 klub və 26 karate bölməsi fəaliyyət göstərir (8-i Naxçıvan şəhərində, 6-sı Şərur rayonunda, 4-ü Ordubad rayonunda, 2-si Babək rayonunda, 2-si Kəngərli rayonunda, 2-si Sədərək rayonunda, 1-i Culfa, 1-i isə Şahbuz rayonunda yerləşir). Ötən dövr ərzində “Nəqşicahan karate-do qızlar idman klubu”nun da fəaliyyəti genişləndirilərək 2-si Naxçıvan şəhərində, 1-i Şərur rayonunda, 1-i isə Ordubad rayonunda olmaqla ümumilikdə 4 qız bölməsi yaradılmışdır. Bu gün muxtar respublikada karate idman növü ilə 600 nəfərədən artıq uşaq, yeniyetmə və gənc məşğul olur ki, onlardan 100 nəfərdən çoxu qız idmançılardır. 
Diqqətə çatdırılıb ki, dünyada tüğyan edən koronavirus pandemiyası bütün sahələrlə yanaşı idmanın inkişafına da öz mənfi təsirini göstərmiş, 2020-ci ildə  digər federasiyalar kimi, Karate-do Federasiyasının da fəaliyyətində fasilələrin yaranmasına səbəb olub. Lakin buna baxmayaraq 2020-ci ilin birinci rübündə federasiya tərəfindən məşqlər müntəzəm olaraq davam etdirilib, karateçilərimiz iki beynəlxalq səviyyəli və bir muxtar respublika daxilində keçirilən turnirdə iştirak ediblər. Mövcud çətinliklərə baxmayaraq Karate-do Federasiyası 2020-ci beynəlxalq turnirlərdə 1-i qızıl, 1-i gümüş, 12-si bürünc olmaqla ümumilikdə 14 medal qazanıb. 
Federasiya sədri bildirib ki, göstərilən diqqət və qayğının bariz nümunəsi kimi, federasiyanın idmançısı Vüsal Seyidovun adı gənc istedadların “Qızıl kitabı”na salınaraq xüsusi aylıq təqaüdə layiq görülüb. Federasiyanın digər idmançısı Rafiq Hüseynli isə Ali Məclisi Sədrinin mükafatına layiq görülüb.
Federasiya sədri yaradılan şəraitə görə məşqçi və idmançılar adından muxtar respublika rəhbərinə minnətdarlığını bildirib. Vurğulanıb ki, federasiya bundan sonra da qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində əzmlə çalışacaq, istedadlı idmançıların yetişdirilməsində səy və bacarığını əsirgəməyəcəkdir.
Sonra federasiyanın şəhər və rayon bölmələrində görülən işlər barədə məşqçi-müəllimlərin fikirləri dinlənilib, il ərzində fərqlənən idmançılar mükafatlandırılıb.


3. 23 aprel 2021 ci il tarixdə Naxçıvan Muxtar Respublikası Karate-do federasiyasının bir qrup idmançısı təqvim planına uyğun olaraq rəsm qalereyasına ekskursiya etmişdirlər.


4. Naxçıvanda hakimlər seminarı keçirilib.

18-19 iyun 2021-ci il tarixdə Naxçıvan MR Karate-do Federasiyası  Hakim və Məşqçilərin ustalıqlarını artırmaq məqsədilə seminar təşkil etmişdir. Seminara rəhbərliyi Azərbaycan Milli karate federasiyasının hakimlər kollegiyasının sədri Cahangir  Babayev və beynəlxalq dərəcəli hakim Vüqar Kərimov rəhbərlik edirdi. İki gün davam edən seminarda 6 məşqçi müəllim ölkədaxili yarışların idarə olunmasında iştirak edə bilmələri üçün sertifikatlara layiq görülüblər.


Şəkillərin ardı...


5. 8 avqust 2021-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında qız və oğlanlar arasında karate-do üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilmişdir. Açıq birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı Babək, Şərur və Sədərək rayonlarının da idmançıları iştirak etmişdir. Açılış mərasimində çıxış edənlər tədbirin keçirilmə məqsədi və qaydaları haqqında idmançılara geniş məlumat vermiş və onlara uğurlar arzulamışlar. Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə 50 idmançı iştirak etmişdir. 4 yaş qrupunda 7 çəki dərəcəsi üzrə təşkil edilən görüş beynəlxalq qaydalar əsasında keçirilmişdir. Yekun nəticəyə görə, 6-7 yaş qrupunda Xəyyam Məmmədov (+20 kq, Naxçıvan), 8-9 yaş qrupunda Ayxan Musayev (-30 kq, Naxçıvan), Kənan Həsənli (+30 kq, Naxçıvan), 10-11 yaş qrupunda Dəniz Binyətli (-35 kq, Naxçıvan), Rafiq Hüseynli (+35 kq, Naxçıvan), 12-13 yaş qrupunda isə Qafar Hüseynov (-40 kq, Naxçıvan) və Aminə Novruzzadə (-50 kq, Naxçıvan) bütün görüşləri qalib kimi başa vururaq I yerlərə layiq görülmüşlər. Sonda hər yaş qrupunda I, II və III yerləri tutan idmançılara təşkilatçıların diplomları təqdim edilmişdir.


Şəkillərin ardı...


6.Karateçimizdən növbəti uğur

Serbiyanın paytaxtı Belqrad şəhərində Beynəlxalq Məktəb İdmanı Federasiyasının (İSSF) təşkilatçılığı ilə Dünya Məktəblilərinin İdman Oyunları keçirilib. Azərbaycan idmançıları yarışda uğurlu nəticələr qazanıb. Milli komandanın üzvü, Naxçıvan Karate-do Federasiyasının yetirməsi Rəşid Süleymanov -63 kq çəki dərəcəsində qızıl medala sahib olub.
Yarışda ölkəmizin adına 1 qızıl, 3 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 6 medal qazanılıb. Digər 14-15 yaşlı yeniyetmə karateçilərimizdən Ramilə Heydərli (kata, 13 yaş), Orxan Musayev (+70 kq), Pərvin Hüseynzadə (-47 kq) gümüş, Cavidan Cəlilzadə (57 kq) və Sunay Kazımova (-54 kq) isə bürünc medal qazanıblar. Bundan başqa, Məryəm Qurbanova (+54 kq) yüksək döyüş texnikası və əzmkarlıq nümayiş etdirdiyinə görə İSSF tərəfindən xüsusi medalla təltif edilib.
Xatırladaq ki, Rəşid Süleymanov avqust ayında Avropa çempionluğu sevincini yaşamışdı.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti


2002-ci il ildə Naxçıvan MR Karate-do Federasiyası Karate idman növünün muxtar respublikada inkişaf etdirilməsi məqsədi ilə aşağıdakı tədbirləri həyata keçirmişdir.

  1. 17 mart 2002-ci il tarixdə karate-do federasiyası Norvuz  bayramı münasibəti ilə Muxtar  Respublika çempionatı keçirmişdir.
  2. 29 mart 2002-ci il tarixdə karate-do Federasiyası Babək rayonunda və Babək rayonunun Qahab, Qoşadizə və Ordubad rayonlarında bölmələr  yaratdı.
  3. 05 may  2002-ci il tarixdə karate-do federasiyası Ümummilli liderimiz Heydər Əliyevin 79-cu ildönümünə həsr olunmuş karate-do üzrə Muxtar Respublika çempionatı keçirmişdir.
  4. 28 may 2002-ci il tarixdə Karate-do Federasiyası Babək rayonu üzrə birincilik   keçirmişdir.
  5. 06 avqust 2002-ci il tarixdə karate-do federasiyası Şərur rayonunda, 15 avqust 2002-ci il tarixdə isə Culfa rayonunda yeni bölmələr yaratmışdşr.
  6. 20 oktyabr 2002-ci il tarixdə Karate-do federasiyası Müstəqillik gününə həsr olunmuş Naxçıvan şəhər birinciliyi keçirmişdir.
  7. 24 noyabr 2002-ci il tarixdə Milli Olimpiya Komitəsinin yaranmasının 10 illiyinə həsr olunmuş tədbir keçirmişdir.
  8. 10-12 dekabr 2002-ci il tarixlərdə Gəncə şəhərində Ümumrespublika çempionatında Naxçıvan Muxtar Respublikasının karateçiləri də iştirak etmişlər. Həmin çempionatda 1 nəfər idmançımız III yerə layiq görülmüşdür. Bundan əlavə həmin tarixdə keçirilən tədbirdə Dünya karate Federasiyasının baş təlimatçısı IX  dan qara kəmər sahibi Hitoşu Kasuyanın seminarında da Muxtar Respublikamızı 12 idmançı təmsil etmişdir. İdmançılardan 3 nəfər I dan qara kəmərə, 7 nəfəri III kyu qəhvəyi kəmərə, 2 nəfər isə IV  kyu narıncı kəmərə layiq görülmüşdür. Bunlarla yanaşı fedrasiyamızın bir idmançısı Bakı şəhərində Azərbaycan karate federasiyaları assosasiyasının prezidenti VII dan qara kəmər sahibi Ülvü Zahid oğlu Quliyev  imtahan verərək  II dan qara kəmərə layiq görülmüşdür.


   

Sentyabr 2021
B.e Ç.a Ç. C.a. C. Ş. B.
  12345
6789101112
13141516171819
20212223242526
27282930